Anar Cəfərov: Azərbaycanın dünya siyasətindəki yeri daha da möhkəmlənir

Anar Cəfərov: Azərbaycanın dünya siyasətindəki yeri daha da möhkəmlənir


Şirvan şəhər, 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Cəfərov - Davos Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısı başa çatsa da müzakirə üçün seçilən mövzunun aktuallığı bu gün də geniş təhlil edilir. Nəzərə alsaq ki, Davos Forumu dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, böyük şirkətlərin rəhbərlərinin, biznes sektorunun aparıcı nümayəndələrinin təmsil olunduğu qlobal forumdur, bu halda onun əhəmiyyəti özünü daha aydın şəkildə nəzərə çarpır. Builki Forum dünyanın 130 ölkəsindən 2700-dən artıq tanınmış şəxsi, habelə 52 dövlət və hökumət başçısını "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda bir araya gətirdi. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırdı.

Təbii ki, Forumda diqqət çəkən məqam Azərbaycana və Prezident İlham Əliyevə xüsusi diqqətin göstərilməsi oldu. Bu, Azərbaycan Prezidentinin İsveçrəyə 19-cu səfəri idi. Cənab İlham Əliyev artıq 15-ci dəfə Davos Forumunda iştirak etdi. Azərbaycanın artan nüfuzu Forum çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən çoxsaylı görüşlərdən, panel iclasda dövlət başçısının çıxışından, eyni zamanda, Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı Azərbaycanla, Prezidentimizin yürütdüyü siyasətlə bağlı söylənilən fikirlərdən də özünü aydın şəkildi büruzə verdi.

Anar Cəfərov: Azərbaycanın dünya siyasətindəki yeri daha da möhkəmlənir


Azərbaycan daim dünyaya əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev dünyaya “Əsrin müqaviləsi” kimi səs salan, tariximizə yazılan neft sazişinin imzalanmasından öncə dünya praktikasına əsasən bu reallığı diqqətə çatdırmışdır ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.

Bu gün əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq səviyyəyə yüksəlməsindən bəhs edirik. Çoxlarına əfsanə kimi görünən, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin sırasına daxil olan Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirildi.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu dəfəki forum da istinsa olmadı. Keçirilən görüşlər bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun təsdiqidir. Cənab İlham Əliyev istər Çinin televiziya kanalına müsahibəsində, istərsə də Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Azərbaycanda yaradılan sabitliyin, normal iqtisadi mühitin ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs etdi. Sözügedən panel iclasda “Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var” söyləyən dövlət başçısı İlham Əliyev, həmçinin diqqəti ölkələr arasında əlaqələrə yönəltdi. Vurğuladı ki, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Bir neçə üçtərəfli əməkdaşlıq formatımız var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. Artıq bunun bəhrəsini görürük. Aydın şəkildə görürük ki, balansa ehtiyac var: “Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb.”

Anar Cəfərov: Azərbaycanın dünya siyasətindəki yeri daha da möhkəmlənir


Cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsindən geniş bəhs etdi. Forumun mövzusu özündə bütün məqamları ehtiva edir. Günümüzün əsas çağırışlarından biri dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin qorunması və möhkəmləndirilməsidir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu rolun artan istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən Forumun müxtəlif sessiyalarda vurğulandı. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisinin də ixracatçısıdır. Forumda diqqət göstərilən əsas məsələlərdən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması oldu. Ölkəmizin bu sahədə böyük potensiala malik olduğu xüsusi qeyd edildi. Belə ki, Xəzər dənizində ölkəmizin malik olduğu külək əsaslı bərpaolunan enerji potensialı, işğaldan azad edilmiş ərazilərimizdəki günəş əsaslı bərpaolunan enerji potensialı Davos Forumunda xüsusi diqqət mərkəzində oldu. Azərbaycanın investisiya cəlbediciliyinin, bunu şərtləndirən amillərin Forumda xüsusi diqqət göstərilən məsələlər sırasında olması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstərisidir.

Ölkəmizin dünya siyasətindəki yeri daha da möhkəmlənir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər