Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov - Fevral ayının 6-da Türkiyədə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Qardaş ölkəyə dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının böyük bir həqiqət olduğu bu ağır faciənin nəticəsində də özünü bir daha isbat etdi. Dostun, qardaşın, müttəfiqin, can və qan sirdaşımızın dar günündə bir millət, bir dövlət olaraq, “dəmir yumruq” kimi birləşməyimiz, birlik, həmrəylik nümayiş etdirməyimiz bir millət və iki dövlətin bütün bəşəriyyətə verdiyi müdrik bir ibrət dərsidir.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etməyin bizim üçün şərəf olduğunu qeyd edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

Nazirliyin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir. Mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.

Şirvan şəhərində müharibə veteranları üçün yaradılmış təsərrüfatlara baxış keçirilib

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov özünüməşğulluq proqramı üzrə Şirvan şəhərində müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.
İkinci Qarabağ müharibəsi veteranları Qəhrəmanov Rəşad Rafiq oğlu bərbərxana xidmət sahəsini, Mustafayev Muxtar Əlisəfa oğlu isə qapı və pəncərə istehsalı sexini yaratmaları üçün özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin ediliblər.
R.Qəhrəmanov və M.Mustafayev müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Hər iki müharibə veteranı özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.
Dövlət başçısının göstərişinə uyğun olaraq postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə 264 min xidmət göstərilib. O cümlədən, 16,5 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub ki, onlardan 9,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Sakinlərlə növbəti səyyar görüş Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində keçirilib

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq, 26 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Səyyar qəbul-görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, artıq iki ildən çoxdur ki, torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşadığımızı bildirib və Şanlı Zəfərin qazanılmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, əlamətdar günlərdə şəhər ictimaiyyətinin Xiyabana ziyarətlərinin təşkil olunduğunu diqqətə çatdırıb. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda ölkə Prezidentinin tapşırıq və birbaşa nəzarəti ilə aparılan abadlıq və quruculuq işlərinin, bərqərar olan canlanmanın və inkişafın hər bir vətəndaşımızda ruh yüksəkliyi yaratdığını qeyd edib. Müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi ilə “ağıllı kənd” layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Regionların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində qəbul edilən fərman və sərəncamlar barədə məlumat verib. Ölkə başçısının Şirvan şəhərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, şəhər ərazisində genişmiqyaslı abadlıq-yenidənqurma işlərinin aparıldığını, 39 küçənin asfaltlandığını, 123 küçənin tam işıqlandırıldığını, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisinin 10,1 hektar genişləndirilərək yenidən qurulduğunu, “İDEA” İctimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində Şirvanda üçüncü həyətin abadlaşdırılmağa başlandığını vurğulayıb. Eyni zamanda Bayramlı qəsəbəsində yeni parkın salınaraq Novruz bayramına qədər sakinlərin istifadəsinə verilməsinin planlaşdırıldığını qeyd edib. Ötən müddət ərzində 76 beşmərtəbəli binadan 75 binanın zirzəmilərinin kanalizasiya sularından təmizləndiyini, şəhər ərazisində su-kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Görülən işlərin Şirvan şəhər sakinlərinin sosial rifah halının və həyat şəraitinin yüksəlməsinə xidmət etdiyni vurğulayıb. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, küçələrin asfaltlanması, sərnişin daşıması üçün nəqliyyatın bərpası, Hacıqəhrəmanlı ərazisində park salınması, işsizlik, torpaq sahəsinin sənədləşdirilməsi və sair olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimai birliklərin sədrləri, xidmət təşkilatlarının rəhbərləri və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi yanvar ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib. Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid valideynlərini salamlayıb, onlara Vətənimiz üçün, xalqımız üçün vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən danışıb, bütün şəhidlərin məzarüstü abidələrinin eyni layihə əsasında yenidən quraşdırılmasından, vaxtilə yaşadıqları məhəllədə xatirə guşələrinin yaradılmasından, xüsusilə şəhid analarının şərəfinə qurulan “Şəhid anası” memorial abidə kompleksindən, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında salınan Zəfər və Qarabağ xiyabanlarından, müharibədə həlak olan bütün əsgər və zabitlərimizin şərəfinə ucaldılan Zəfər abidəsindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Şirvandan olan 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Şəhidlərimizin əlamətdar günlərdə, xüsusilə doğum və anım günlərində məzarlarının ziyarət olunmasının, ailələrinə mütəmadi həssaslıq göstərilməsinin şəhid ruhlarına ali ehtiramın nəticəsi olduğunu qeyd edib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib. Tədbirdə iştirak edən şəhid valideynləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Görüşdə qaldırılan məsələlər əsasən, şəhid adlarının əbədiləşdirilməsi, xüsusilə adlarının küçələrə, məktəblərə verilməsi, orden və medallarla təltif olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və sair ilə bağlı olub. Şəhid adlarının verilməsinin “Şəhid adlarının əbəiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, işlə təminat məsələsində şəhid ailələrinə öncüllük verildiyi, digər məsələlərlə bağlı dövlət səviyyəsində proqramlar və layihələr həyata keçiriləcəyi barədə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələrinə geniş məlumat verilib. Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Şirvan Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər