Nəsimi rayonu Ağsaqallar Şurası terror aktını qətiyyətlə pisləyir

Nəsimi rayonu Ağsaqallar Şurası terror aktını qətiyyətlə pisləyir


Nəsimi rayonu Ağsaqqallar Şurası Azərbaycan səfirliyinə qarşı İranda həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir, baş verənləri Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Hesab edirik ki, cinayət tam surətdə araşdırılmalı və günahkar layiq olduğu cəzasını almalıdır. Tolerantlığın, xalqlara qarşı sülh və bərabərliyin həyat norması olduğu Azərbaycan Respublikasının səfirliyinə qarşı terror aktlarının baş verməsi bütün tərəqqipərvər bəşəriyyət, sivilizasiyalı ölkələr tərəfindən pislənməlidir və qətiyyətlə pislənməkdədir. ALLAHdan şəhidimizə, terrorçunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış zabit Orxan Əsgərova rəhmət diləyir, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılarımızın tezliklə sağalmasını ALLAHdan diləyirik. Terror aktını törətmiş qulduru qəhrəmancasına zərərsizləşdirmiş Azərbaycanın mərd oğlu Vasif Tağıyevi ürəkdən alqışlayırıq, Vətənimizin, yurdumuzun əmin-amanlığının keşiyində durmuş bütün igidlərimizlə qürur duyuruq! Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər