İran `İSRAİL` deyib Azərbaycanı NİYƏ HƏDƏLƏYİR? - HƏQİQƏTƏN DƏ...

İran `İSRAİL` deyib Azərbaycanı NİYƏ HƏDƏLƏYİR? - HƏQİQƏTƏN DƏ...


"Xamaneyinin coğrafiya müəllimləri çox savadsız olub". DİA.AZ bildirir ki, bu replika ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Jurnalist daha sonra yazır: "İsrail vaxtaşırı İranın altını üstünə çevirir. İranın siyasi təbliğatçıları isə Xudafərin körpüsünün yanında dayanıb barmaqları ilə Arazın bu tayını göstərib "İsrail" deyir.
Adama deyərlər elə cəsarətli dövlətsənsə, orduların Suriyadadır. İsrail də Suriyanın qonşusudur və həftə səkkiz mən doqquz bu ölkədəki əsgərlərinin başına bomba yağdırır. Gücün çatır, İsrailə cavab ver.
Təsəvvür edin, 2018-ci ilin əvvəlindən 2020-ci ilin sonlarına qədər İsrail Suriyadakı İran qüvvələrini ən azı 79 dəfə atəşə tutub. Bombardman nəticəsində 500-dən çox İranlı hərbçi öldürülüb. Həlak olanlar arasında generallar da var. Mən hələ nə qədər hərbi sursat və silahlarının sıradan çıxarılmasını demirəm.
Di gəl ki, Tehranın isə cəsarəti çatmayıb, bu hücumlara hətta sözlə etiraz etsin. Əvəzində ya Cəbrayıldakı camış fermasında MOSSAD agenti axtarıb, ya da əsgərlərini Arazın sahilinə toplayıb bizə xox gəlib. Ona da gücü çatmayanda uşaqları Xudafərinin ətrafına toplayıb şou göstərib"

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər