Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - YENİLƏNİR - FOTO - CANLI YAYIM

Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - YENİLƏNİR - FOTO - CANLI YAYIM


Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.

Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.

Oxu.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçiriləcək.

Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər