Nəriman Əliyev: Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır

Nəriman Əliyev: Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır


“Ştutqart MMC”nin rəhbəri Nəriman Əliyev - Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə rəsmi səfər edib. Prezident İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşdü, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verib. Yanvarın 17-də Davosda Çinin CGTN (ChinaGlobalTelevisionNetwork) televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol" layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

Nəriman Əliyev: Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır


Ölkəmizlə siyasi, iqtisadi, enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda bu istiqamətdə böyük potensial vardır və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. İndi bu birləşməlidir. Bu gün bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycanda 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcəkdir.

Nəriman Əliyev: Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır


Dünyada öncül dövlətlərdən olan, uğurlarını müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönəldilmişdir. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi iqtisadi inkişaf və tərəqqi məhz ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində nail olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər