Ermənistan Türkiyəyə nə qədər yaxınlaşa bilər... - Ekspert danışır

Ermənistan Türkiyəyə nə qədər yaxınlaşa bilər... - Ekspert danışır


Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımların atıldığı deyilir. Tərəflərin müzakirələri nəticəsində hava yolu ilə yükdaşımaları artıq mümkün olub, qarşılıqlı uçuşlar davam edir. İnsanlar arasında təmas başlayıb və gediş-gəliş nisbətən rahatlaşıb. Normallaşma prosesində gözlə görülməyən hadisələr də var. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi bu məsələ də həllini tapıb.

Ötən müddət ərzində iki ölkə arasında internet əlaqələri də qurulub. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi, indi isə açıqdır. Bəzi başqa humanitar addımlar da atılmaqdadır. Bununla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

Amma bundan sonrakı müzakirələrin Türkiyə, yaxud Ermənistanda baş tutacağı ehtimal olunur. Rəsmi Ankara İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu dəfələrlə xatırladıb. Qeyd edək ki, xüsusi nümayəndələrin ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Qarabağın, xüsusilə Kəlbəcərin 1993-cü ilin aprelində işğal edilməsindən sonra Türkiyə qardaşlıq ənənələrinə sadiq qalaraq işğalçı Ermənistanla bütün əlaqələrini kəsmiş, qapılarını bağlamışdı. Partiya təmsilçisinin sözlərinə, sonrakı dönəmlərdə bir neçə dəfə əlaqələrin bərpası istiqamətində addımlar atılsa da, erməni tərəfin destruktivliyi səbəbindən normal münasibətlər baş tutmayıb:

"Bu gün situasiya dəyişib. Türkiyə Ermənistanın sağlam mövqeyinə normal qarşılıq verəcəyini dəfələrlə bəyan edib. Baş nazir Nikol Paşinyan da münasibətlərin düzəlməsinə tərəfdar olduğunu bildirib. Amma Ermənistan daxilində xaricdən idarə olunan revanşistlər prosesin yekunlaşmasına mane olur. Unutmayaq ki, Rusiya türk-erməni ziddiyyət və düşmənçiliyinin qalmasında maraqlıdır.

Həmçinin Qərb də münasibətlərin yumşalması və nəticədə Türkiyənin regionda təsir imkanlarının artmasında maraqlı deyil. Hadisələrin gedişi daxildə və xaricdə olan ermənilərin düzgün mövqe tuta bilməsindən asılı olacaq. İstənilən halda proses başlayır və bu, uzun illər davam edəcək.

Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram. Bunun üçün hər hansı ciddi zəmin də mövcud deyil".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər