Bakı istəyinə nail olur - Andrey Areşev

Bakı istəyinə nail olur - Andrey Areşev


Rəsmi Bakının razılığı olmadan bölgəyə BMT bayrağı altında sülhməramlıları yerləşdirilə bilməz.

Bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev erməni mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, rus sülhməramlıları çıxarılması və onun yerinə BMT bayrağı altında sülhməramlıların Qarabağa yerləşdirilməsi real deyil. “İndiki geosiyasi və dünyada baş verən proseslər fonunda mümkün görünmür. Çünki belə bir şəraitdə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin öz fəaliyyəti iflic vəziyyətdədir. Bunun üçün rəsmi Bakının razılığı lazımdır. Bunsuz mümkün deyil. Bu razılıq olmayacaq. Belə olan vəziyyətdə Qarabağın üzləşdiyi durumun aradan qaldırılması üçün alternativ həll yolu yoxdur”- o qeyd edib.

O əlavə edib ki, İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi sayması da bunu mükünsüz edir: “Ermənistan tərəfi üçün nə qədər acı olsa da Azərbaycan aktiv fəaliyyəti nəticəsində asta-asta istəklərinə nail olmaqdadır”.
Rus sülhməramlılarının 2025-də bölgəni tərk edib-etməyəcəyi ilə bağlı fikrə aydınlıq gətirən ekspert deyib ki, bu gün bu suala nə müsbət, nə də mənfi cavab vermək mümkün deyil: “Bilmirik ki, qarşıda hansı hadisələr baş verəcək. 2025-ci ildə Rusiyanın durumu hansı vəziyyətdə olacaq. Çünki rus sülhməramlılarının 2020-ci ildə də orada yerləşdirilməsi elə asan olmayıb. İlk anda Bakı buna razı olmayıb. Bakı ancaq Türkiyənin bölgədə hərbi iştirakı barədə və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması barədə razılıq əldə ediləndən sonra bu mümkün olub.

Bu məsələ həm də Rusiya-Türkiyə münasibətindən asılı olacaq. Rusiyanın getdikcə Türkiydən asılılığı bu məsələdə həlledici rol oynayacaq. 2025-ci ildə bu amil nəzərə alınacaq.
Bura Rusiyanın zəifləməsi də öz təsirini göstərəcək”.

Ekspert hesab edir ki, istənilən halda Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir: “Düzdür, bu istiqamətdə danışqılar gedir. Ancaq hansısa formada prosesi bitirmək lazımdır. Paşinyan xalqdan dəstək qazanıb bu istiqamətdə konkret addım atmalıdır. Paşinyan isə çəkinir və ona görə də günahı Rusiyanın üzərinə yıxmağa çalışır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər