Qobustandakı dəhşətli qəzadan sağ çıxan şəxs: "Zalım qızı, ikimiz də yanıb öləcəyik" - VİDEO

Qobustandakı dəhşətli qəzadan sağ çıxan şəxs: "Zalım qızı, ikimiz də yanıb öləcəyik" - VİDEO


"Həyat yoldaşıma da dedim ki, allah eləsin yanacaqdaşıyan avtomobil yük maşınını vurmasın".

Bu sözləri ötən günlərdə Qobustanda baş verən dəhşətli qəzadan sağ çıxan şəxs Aztv-nin efirinə danışan bildirib.

"Yanacaqdaşıyan birinci maşını keçdim, daha sonra istədim ikincini də keçim. Görürəm ki, öndə daş maşını var və yanacaqdaşıyan onu vura bilər. Bilmirəm yük avtomobili yavaş sürür ya digər sürücü yuxulamışdı, ancaq bir anda maşını çəkdi yolun soluna. Həmin vaxt hər iki maşın aşdı. Mənim də ara məsafəm olardı 45-50 metr. Maşınımdakı təhlükəsizlik yastıqlarının hər ikisi açıldı. Daha sonra yanacaqdaşıyan maşından maye mənim maşınımın üstünə dağıldı. Həmin dəqiqə də maşınlar alışdı. Həyat yoldaşıma dedim ki, ay zalım qızı, ikimiz də yanıb öləcəyik, aç qapını çıxaq. Saniyə söhbəti ilə ölümdən xilas olduq. Maşınımız da orada yanıb kül oldu".
Daha ətraflı videoda:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər