Kremlin Vardanyan planı fiaskoda

Kremlin Vardanyan planı fiaskoda


Moskvanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki “desantniki” Ruben Vardanyan planı “işə düşmədən” iflasa uğradı. Vardanyan da Qarabağa gələrkən çox gurultulu “bəyanatlar” verib, populist çıxışlar etdi. Amma reallaşdırmağa gəldikdə isə bunun tamam əksi baş verdi. Artıq onun hərəkətləri Qarabağdakı ermənilərdə ciddi qıcıq yartamaqdadır və bunu da gizlətmirlər. Verdiyi məntiqsiz, bir-birinə zidd olan açıqlamalar Vardanyan barəsində qeyri-ciddi obraz formalaşdırıb. Onun açıqlamaları ermənilər arasında istehza ilə qarşılanır. Ermənilərin ona olan inamı sürətlə itməkdədir. Bunun digər səbəbi isə Vardanyanın separatçılar arasında ciddi narazılığa və parçalanmaya yol açmasıdır. Hazırda Xankəndidəki separatçılar arasında çox ciddi parçalanma hökm sürməkdədir. Məhz ona görə də nəzərdə tutduğu “siyasi şoular” iflasa uğramaqdadır. Belə ki, Vardanyan Xankəndi-Laçın yolunun bağlanmasına cavab addımı kimi Xankəndidə bir neçə dəfə aksiya keçirməyə cəhd etsə də, ermənilərin onu dəstəkləmədiyindən bu cəhdlərin heç biri alınmayıb və niyyəti puça çıxıb. Vardanyan hətta ermənilərin məskunlaşdığı yaşayış məntəqələrini gəzib, ermənilərlə görüşü belə müsbət nəticə verməyib. Çıxılmaz vəziyyətlə üzləşən Vardanyan Qarabağda yaşayan ermənilərin çox ciddi problemlərlə üzləşdiyini etiraf edib. Onu da qeyd edək ki, Vardanyan son çıxışlarında bir neçə dəfə belə bir etiraflarda bulunmaq zorunda qalıb.

“Bizim çox ciddi problemimiz var. Necə edək ki, biz 90-cı illərin əvvəllərindəki kimi mitinq keçirək. Nəinki toplaşaq, həm də “hökumət”lə xalq arasında səmimi ünsiyyətimiz olsun”, - Vardanyan qeyd edib.

Bu açıqlama bir daha göstərir ki, Qarabağda yaşayan ermənilər arasında gələcəkləri ilə bağlı çox ciddi çat yaranıb. Onun hətta Xankəndidəki separatçı rejimin nümayəndələri ilə müzakirələri nəticə verməyib. Çünki Vardanyanın elə ən ciddi problemi onlarladır. Onlar Vardanyanı qəbul etmir və ona qarşı çıxırlar.

Bütün bunlar bir daha onu göstərir ki, Qarabağdakı ermənilər gələcəklərindən ümidsiz olduğundan çıxış yolu axtarırlar, amma bu çıxış yolunu separatçıların simasında görmür. Əgər belə olsaydı, onlar vardanyanlara dəstək verib, ayağa qalxardılar. Qalxmırlarsa, deməli, ermənilərin Xankəndidəki separatçılara olan passiv etirazı kimi başa düşülməlidir. Bunu həm də sadə ermənilərin öz gələcək talelərini Azərbaycana etibar etmək mesajı kimi dəyərləndirmək olar. Hazırda onlar sadəcə olaraq Qarabağdakı separatçı rejimin girovu olduqlarından və qorxduqlarından etirazlarını açıq formada dilə gətirə bilmirlər. Odur ki, Vardanyan planı işə yaramır və sürətlə iflasa doğru gedir. Bunu nəinki İrəvandakılar, eyni zamanda Moskvadakılar da görürlər və başa düşürlər. Son günlərdə Moskvadakı bəzi ekspertlərinin, politolqolarının Azərbaycana qarşı sərgilədiyi qərəzinin bir məqamı da bununla bağlıdır.

Hesab etmək olar ki, Azərbaycan tərəfi davamlı olaraq onlara yönəlik xoşməramlı mesajları vermək və bu istiqamətdə konkret addımlar atması, qısa zamanda öz bəhrəsini verə bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər