Azərbaycanda ilk dəfə: “Tax Free” sisteminin tətbiqi başlandı

Azərbaycanda ilk dəfə: “Tax Free” sisteminin tətbiqi başlandı















Xarici vətəndaşlar ödədikləri ƏDV-ni geri ala biləcəklər

Azərbaycanın Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə “Tax Free” vergi sisteminin tətbiqinə başlayıb.

Yeni sistemin tətbiqindən sonra ölkəmizə səfər etmiş xarici vətəndaşların Azərbaycandan aldıqları istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) geri qaytarılacaq.

Beləliklə, TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri ƏDV məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri ala biləcəklər.

Azərbaycan vətəndaşları, ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər, yaşı 14-dən aşağı olan şəxslər “Tax Free”dən istifadə edə bilməzlər.

Bundan başqa, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara “Tax Free” tətbiq olunmur.

“Tax Free” imkanından istifadə etmək üçün həmin şəxsin elektron vergi hesab-fakturası üzrə aldığı malın dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır.

Qeyd edək ki, bu gün Azərbaycanda ƏDV 18% təşkil edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər