İranda hicab məcburiyyəti ləğv edilir? - AÇIQLAMA

İranda hicab məcburiyyəti ləğv edilir? - AÇIQLAMA



İranda Məhsa Əmininin qətlindən sonra başlayan etirazlar 3 aydır davam edir.

Xarici KİV xəbər verir ki, aylardır davam edən etirazlardan sonra əxlaq polisinin ləğv edildiyi açıqlanmışdı.

İranın Baş prokuroru Məhəmməd Cafer Müntəzeri açıqlamasında məcburi hicab tətbiqi ilə bağlı məsələyə baxılacağını demişdi.

İran parlamentinin üzvü Rəfsəncan Hüseyn Cəlali isə baş prokurorun tam əksinə danışıb. O, açıqlamasında hicabın məcburi şəkildə olmasının ləğv edilməyəcəyini deyib:

“Üsyan hərəkatı nəzarət altına alınıb. Amma bu dəfə qiyamçılar fərqli bir istiqamətə yönəlib. Onlar tərəfdarlarına "hicabınızı açın ki, hədəfimizə çataq” deyirlər. Bu hərəkətlər küçə nümayişlərindən daha təhlükəli deyil. Bizim hicab qaydasından əl çəkməyimiz mümkün deyil. Bu qaydadan əl çəkməyimiz, İslam Respublikasından imtina etməyimiz mənasına gəlir”, - deyə o bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər