Ağdam 1 saylı Uşaq Musiqi Məktəbində ANARXİYA

Ağdam 1 saylı Uşaq Musiqi Məktəbində ANARXİYA












Direktor Yeganə Vəliyeva məktəbin fəaliyyəti barədə dolğun məlumat təqdim etməkdən çəkinir

Son vaxtlar redaksiyamıza daxil olan şikayət məktublarında bəzi rayon mədəniyyət və turizn şöbələrinin, eləcə də bu şöbələrin tabeliyində olan bir çox müəssisələrin fəaliyyətlərinə dair ciddi iradlar öz əksini tapmaqdadır. Biz bu şikayətlər əsasında dəfələrlə tənqidi məqalələr dərc etmişik. Həmin materiallara münasibət bildirilən oxucu məktubları ilə tanışlıqdan da belə qənaətə gəlmək olur ki, bu mövzu ilk baxışda anlaşıldığından daha ciddi və aktualdır. Bu xüsusda vətəndaşlar qeyd edirlər ki, materiallarda təqdim olunan faktlar xüsusilə əksər musiqi tədrisi müəssisələrində bu və ya digər şəkildə müşahidə olunmaqdadır. Bu günlərdə isə, redaksiyamıza Cabbar Qaryağdıoğlu adına Ağdam 1 saylı Uşaq Musiqi Məktəbinin fəaliyyətində yer almış müxtəlif nöqsanlardan bəhs edən məlumatlar daxil olmuşdur.(bizimdovr)Həmin məlumatlara görə məktəbin direktoru Yeganə Vəliyevanın fəaliyyəti təkcə bu məktəbdə təhsil alan uşaqların valideynlərinin deyil, müəssisənin əksər əməkdaşlarının da cidi narazılıqlarına səbəb olub.
Qeyd edək ki, hazırda bu musiqi məktəbi paytaxtın Dərnəgül kimi tanınan ərazisində, 6 saylı Peşə Liseyinin köməkçi korpusunun ikinci mərtəbəsində fəaliyyət göstərir. Hərçənd bu musiqi təhsil müəssisəsinin cəmi 4-5 otaqda necə fəaliyyət göstərməsi də böyük suallar doğurur. İlk növbədə, aldığımız məlumatlara aydınlıq gətirmək üçün, əməkdaşımız 1 saylı Uşaq Musiqi Məktəbinə gedərkən də həmin müəssisəni böyük çətinliklə tapmışdır. Sanki Yeganə Vəliyeva bu məktəbi də, özünün burada törətdiyi əməllərini də müvəqqəti yerləşdikləri binanın heç bir yazılı lövhəsi olmayan divarları arxasında gizlətməyə çalışır. Dəhlizlərdə gəzişən şagirdlərdən bəzilərinin isə, təhsil aldıqlrı məktəbin kimin adını daşımasından xəbərləri belə yoxdur. Məktəbin fəaliyyəti barədə dolğun məlumat təqdim etməkdən çəkinən Yeganə Vəliyevanın açıqlamasına görə, mart ayından üzübəri məktəbdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yoxlama aparılır. Lakin hesabat sənədləri qaydasında olmadığından təftiş komissiyası da işini tamamlaya bilmir. Yeganə Vəliyevanın sözlərinə görə, həmin sənədləri tərtib etmək üçün “başı və xətti” yaxşı olan bir kargüzar gərəkdir. Maraqlıdır, görəsən, adıçəkilən məktəbdə neçə müəllim işləyir ki, onların hesabatını direktor üç aydır yazıb hazırlaya bilmir? Bu arada isə, daxil olan məlumatlarda Yeganə Vəliyevanın törətdiyi müxtəlif özbaşınalıqlar, işində yol verdiyi ciddi nöqsanlara dair açıqlamalar öz əksini tapır. Göstərilir ki, qeyri-qanuni şagird qəbulu, icbari qaydada həyata keçirilən pul yığımları məktəbin nüfuzunu aşağı salmaqla yanaşı tədrisin keyfiyyətinə də mənfi təsirini göstərir. Həmçinin iddialara görə, direktorun yaratdığı qeyri-səmimi atmosferin nəticəsində kollektivdə davamiyyət göstəricisi də son dərəcədə aşağı düşmüşdür. Məlumatları təqdim edən mənbə bildirir ki, məktəbin işçi heyətinin böyük bir qisminin maaş kartları da məhz direktorun əlindədir. Onun bu kartlardan hər ay əldə etdiyi gəlir isə, kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Məktəbdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və sairə məqamlara dair vəziyyət də qeyri-qənaətbəxşdir. Eyni zamanda da məktəbin fəaliyyətini əks etdirən rəsmi sənədlərdə bir çox saxtakarlıqlara yol verilir… Hələ bütün bunlar azmış kimi, sən demə Yeganə Vəliyevanın rəhbərlik etdiyi musiqi məktəbində eşitmə qabiliyyəti zəif olan müəllimlər də dərs deyirlərmiş. Bunu isə, əməkdaşımıza məktəbin çagirdlərindən biri xəbər verib. Təsəvvür edirsiniz, zəif eşidən musiqi müəllimi, görəsən şagirdləri necə qiymətləndirir?
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər