Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır

Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır


3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı

Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır


Noyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada dinamik enerji landşaftı: Enerji təhlükəsizliyinə qlobal təhdidlər, regional problemlər və imkanlar” mövzusunda 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq konfransı öz işinə başlayıb.

10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə keçirilir.

Giriş nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransın əsas məqsədi biznes, hökumət və akademik qurumların iştirakı ilə Avrasiya regionunda enerji və dayanıqlı inkişafla bağlı problemləri müzakirə edərək müəyyən həll yolları və təkliflər müəyyənləşdirməkdir.

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, bu gün enerji məsələləri qlobal miqyasda həm siyasi, həm də iqtisadi cəhətdən aktual mövzuya çevrilib. Avrasiyanın enerji sektorunda baş verən geosiyasi proseslər qlobal enerji bazarlarına birbaşa təsir etməklə yeni meyllər yaradır və dayanıqlı, hamı üçün əlçatan enerji təchizatının vacibliyini göstərir.

Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır


İşğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işləri aparıldığını diqqətə çatdıran Firudin Qurbanov qeyd edib ki, həmin ərazilərdə dayanıqlı enerji təchizatı məsələləri prioritet işlər sırasındadır. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zona yaradılacaq və müasir texnologiyalara əsaslanan təmiz enerji istehsalı və təchizatı həyata keçiriləcək. Enerji sahəsində bu cür çağırışların ali təhsil müəssisələri qarşısında yeni tədqiqat vəzifələri qoyduğunu əlavə edən nazir müavini konfransın qeyd olunan əhəmiyyətli sahəyə töhfə verəcəyinə inamını ifadə edib.

Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Firudin Qurbanov Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, akademik sahədə də inkişaf etdirilməsinin ölkələrimizin birgə elmi potensialının gücləndirilməsinə xidmət etməli olduğunu vurğulayıb.

Konfransda çıxış edən digər qonaqlar konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans Azərbaycanda və bütövlükdə Avrasiya məkanında enerji sənayesinin yeni problemlərini dövlət, akademik və biznes nümayəndələri ilə daha geniş auditoriyalarda müzakirə etmək, müasir qlobal sənaye tendensiyalarını təhlil etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün zəruri platforma rolunu oynayacaq.

Qeyd edək ki, iki gün davam edəcək konfransın bölmə iclaslarında “Avrasiyanın enerji sektoruna geosiyasi təsirlər”, “Son dövrlərdə qlobal enerji bazarlarında baş verən meyllər”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təmiz enerji hədəflərinə nail olmaq üçün enerji siyasəti”, “Təmiz enerjiyə keçidin dəstəklənməsi” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Elm və Təhsil Nazirliyində YAP-ın 30 illik tədbiri

Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır


Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə Elm və Təhsil Nazirliyində çalışan veteran partiyaçılarla və partiya sıralarına yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib.

Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açıb.

Daha sonra Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov, partiya fəalları Əhliyyət Adıgözəlov, Fərzəli Qədirov və digərləri YAP-ın keçdiyi yol, cəmiyyətdə rolu barədə öz fikirlərini bildiriblər.

Görüş zamanı təhsil ictimaiyyətinin partiyanın fəaliyyəti istiqamətində gördüyü işlərdən də bəhs olunub.

İclasda Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib.

Sonda veteran partiyaçılara hədiyyələr verilib.

Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdırFirudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdırFirudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdırFirudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdırFirudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdırFirudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır
Firudin Qurbanov: Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır


Təhsil nazirinin müavini Firudin Qurbanov - Ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.Bu gün Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini hər bir azərbaycanlının ümid yeri olan Prezident İlham Əliyev davam etdirir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi kimi, biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin.

30 ilə qədər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu zəfər Azərbaycana heç də asan başa gəlmədi. Qələbəyə Azərbaycanın rəşadətli Ordusu və Ali Baş Komandanın iradəsi və qətiyəti hesabına nail olundu. Bütün beynəlxalq təzyiqlərə, təhdidlərə sinə gərən Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi vədə əməl edərək torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək yolunu tutdu. Ölkədə yaradılmış iqtidar-xalq birliyi "çəkici bir zindana vurmağa" imkan yaratdı. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Azərbaycanın dinamik, ardıcıl inkişafının əsasında düşünülmüş siyasi qərarlar dayanır. Dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi siyasi xətt, ortaya qoyduğu siyasi iradə hər şeydən öncə Azərbaycan vətəndaşının xoşbəxtliyinin, rifahının təmin olunmasına xidmət edir.

Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır. Azərbaycan dövləti istənilən vəziyyətdə öz vətəndaşının yanındadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər