Rusiya-NATO TOQQUŞMASI: Çexiya ən təhlükəli ssenariyə hazırlaşır

Rusiya-NATO TOQQUŞMASI: Çexiya ən təhlükəli ssenariyə hazırlaşır


Çexiya ordusunda təcili modernləşdirmə aparmağa hazırlaşır. Ölkə Ukraynada müharibənin mümkün eskalasiyasından narahatdır və bu, Rusiya ilə NATO arasında münaqişəyə çevrilə bilər".

Bunu Çexiya Baş Qərargahının rəhbəri Karel Rzeka deyib.

O hesab edir ki, bu halda ölkəsinin ordusu ilk dəqiqələrdən müharibənin fəal iştirakçısına çevriləcək.

"Biz, ilk növbədə, ən çətin və təhlükəli ssenariyə, yəni qabaqcıl düşmənə qarşı genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq. Ukraynadakı müharibə bütün cəmiyyət üçün böyük həyəcan siqnalıdır. Ukraynada müharibənin eskalasiyası potensialı artmaqda davam edir. Hətta ən ciddi ssenarini də istisna etmək olmaz", - Çexiya Baş Qərargahının rəhbəri xəbərdarlıq edib.

O, hökuməti Çexiya Ordusunun tarixində ən böyük silahlanmaya çağırıb:

"Avropada müharibə yenidən reallığa çevrilib və Şimali Atlantika Alyansının sərhəddində baş verir. Əbədi sülh utopiyadır. Bu böhran üçün xəbərdarlıq dövrü ən azı 2014-cü ildən davam edir. Biz hər şeyin sakitləşəcəyinə ümid edirdik. Amma ümid strategiya deyil".(publika.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər