Türkiyədə güclü zəlzələ zamanı aparıcının davranışı gündəm oldu - VİDEO

Türkiyədə güclü zəlzələ zamanı aparıcının davranışı gündəm oldu - VİDEO


Ötən gün Türkiyədə baş verən zəlzələ zamanı NTV-nin aparıcı Buse Yıldırımın davranışı qısa zamanda gündəm olub.

Buna səbəb 5.9 ballıq zəlzələ zamanı aparıcının təmkinini pozmadan zəlzələ barədə məlumat verməsidir.

“Hazırkı dəqiqələrdə zələlə baş verir. Zələlə getdikcə şiddətlənir. Təxminən 30 saniyədir davam edir, hələ də silkələnmə davam edir”, - deyə o söyləyib.
Canlı efir vaxtı aparıcının soyuqqanlı şəkildə hadisə haqqında məlumat verməsi, izləyicilər tərəfindən “professionallıq” kimi qiymətləndirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Məlumata görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər