Əfəndi İsmiyev: Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır

Əfəndi İsmiyev: Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır



Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

“EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyev - Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik yüksək səviyyəyə qalxmaqdadır. Bunun əsas səbəbi son 250 ildə ilk dəfə olaraq erməni millətçiləri üzərində möhtəşəm qələbə qazanaraq işğal altında olan tarixi torpaqlarımızı işğaldan azad etməyimizdir. Xalqları və millətləri birləşdirən əsas amillərdən biri də ümumi düşmənə qarşı birləşməklə birgə qələbə çalmaqdan yaranan milli qürur və iftixar hissidir. Artıq Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ Vətən Müharibəsində əldə edilmiş Böyük Qələbənin 3 ildir ki, qürurunu və sevincini yaşayır.

“Artıq 2023-cü il tarixə qovuşur. Dövlət başçısı İlham Əliyevin ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirləri yada salaq: “Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.” Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdi. Bu il çərçivəsində ölkə daxilində və onun hüdudlarından kənarda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin təhlilinə, indiki, gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yarandı. “Heydər Əliyev İli” Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm zəfər səhifələrini yazdı. Yola saldığımız 2023-cü ilin uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini qürurla qeyd edirik. Təbii ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl davamlı uğurlara doğru inamla addımlamağı şərtləndirir. Azərbaycan üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu il 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyünü tam təmin etdi. Sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ölkə Prezidenti Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə bildirmişdir ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlik, fərəh, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq və burada əbədi yaşayacağıq.”

Əfəndi İsmiyev: Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır


Azərbaycan 2023-cü ildə sosial-iqtisadi uğurları ilə diqqətdə oldu: “Ölkəmizin neft və qeyri-neft sektoru sahəsində qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ənənəvi və bərpaolunan enerji sahəsində malik olduğumuz imkanlar yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Bu ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır” söyləyən dövlət başçısı İlham Əliyev diqqəti gələn il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yönəldərək bildirmişdir ki, bu, Azərbaycanın zəngin neft və qaz resurslarının olmasına baxmayaraq gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında gördüyümüzü göstərir. Belə bir əminlik də ifadə olunmuşdur ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.”

Əfəndi İsmiyev Azərbaycanın bir ildə qazandığı uğurların miqyasının geniş olduğunu önə çəkərək hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin prioritet olduğunu bildirib: “Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasından öncə cənab İlham Əliyevin stadiondakı çıxışı, həmçinin oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü azad edilmiş torpaqlarımızda görülən işlərin aydın mənzərəsini təqdim etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünyada hələ belə bir nümunə olmayıb ki, xalq, dövlət uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar: “Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”

Əfəndi İsmiyev bir ildə Azərbaycan tarixinə yazılan uğur səhifələrini qürur hissi ilə vərəqləyərək diqqəti Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsinə yönəldib: “Sərəncamda da vurğulandığı kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir. “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində atılacaq addımlar bu hədəfə öz töhfəsini verəcək.”
[b]“EVRASCON” ASC Bakı şəhərində SSRİ-nin Nəqliyyat tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılmış və fəaliyyətə «Mostootryad-100» kimi başlamışdır. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində zəngin təcrübə toplamışdır. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır.

Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC adını dəyişərək “EVRASCON” ASC olmuşdu.

Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində uğurlu işlərdən bir çoxlarının xəbəri var. ASC-də düzgün gedən işlərlə bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. Saytımızda şirkətin fəaliyyətindəki fəal işlər haqqında materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Əfəndi İsmiyev bu yolda düzgün işlər həyata keçirərək dəfələrlə Prezidentin güvəninin qazanmışlar.

Bu şəxs uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır . «Bu gün tikinti işləri ilə əlaqədar “EVRASCON” ASC əsas yer tutur. Əfəndi İsmiyevin rəhbərlik etdiyi şirkəti müxtəlif layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə “EVRASCON” ASC həmişə laiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Tikinti, Təmir və Təkmilləşdirilmə, Binaların yenidən qurulması və təmiri, Xüsusi tikinti avadanlıqları, Tikinti alətləri avadanlıqları və tikinti texnikası, Tikinti layihələri, Yol tikintisi və s. “EVRASCON” ASC Azərbaycanın yeganə çoxprofilli şirkətidir. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Azərbaycan bazarında çoxillik təcrübəsini tətbiq etməklə və mülkü və sənaye obyektlərin tikintisi sahəsində aparıcı şirkətlərdən biri olaraq, “EVRASCON” ASC şirkəti işlərin yerinə yetirilməsində istehlakçıların ən yüksək tələblərinə cavab verən daimi keyfiyyətə zəmanət verir və aşağıdakı tapşırıqları yerinə yetirməklə, keyfiyyət sahəsində siyasət aparmağı öz öhdəsinə götürür:

- Şirkətin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi və tətbiq olunması.
- İşlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsi.

“EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Əfəndi İsmiyevdir.

Əfəndi İsmiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əfəndi İsmiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əfəndi İsmiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əfəndi İsmiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər