Ərdoğandan Putinin Xerson qərarına reaksiya

Ərdoğandan Putinin Xerson qərarına reaksiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin qoşunların Xerson vilayətindən çıxarılması qərarını yüksək qiymətləndirib.

O, qərarın müsbət olduğunu bildirib.

“Əgər Putin G20 sammitində iştirak edərsə, onunla Ukraynadakı vəziyyəti orada müzakirə edəcəyik, olmasa, telefonla əlaqə saxlayacağıq”.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

O deyib ki, əgər Ukrayna su anbarından daha çox su buraxsa, yaxud Kaxov su bəndinə daha güclü raket zərbəsi endirsə, böyük ərazi su altında qalacaq, əhali arasında qurbanların sayı artacaq, Rusiya Ordusunun bölmələri Dnepr çayının çağ sahilində tam təcrid vəziyyətində qalacaq. Onun sözlərinə görə, yaranmış şəraitdə Dneprin sol sahili boyunca müdafiə xəttinə çəkilmək daha məqsədəuyğundur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər