DAŞKƏSƏNDƏ AŞIQLAR BİRLİYİNİN BÖLMƏSİ YARADILIB VƏ AŞIQLAR KONSERT PROQRAMI İLƏ ÇIXIŞ EDİBLƏR

DAŞKƏSƏNDƏ AŞIQLAR BİRLİYİNİN BÖLMƏSİ YARADILIB VƏ AŞIQLAR KONSERT PROQRAMI İLƏ ÇIXIŞ EDİBLƏR

Noyabrın 1-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin Daşkəsən bölməsi yadılıb və Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konsert təqdim edilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və rayon ictimaiyyətinin nümayəndləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək deyib:
- Bu gün noyabrın 1-i rayonumuzun mədəniyyət tarixi üçün olduqca əlamətdar bir gündür. Belə ki, biz Azərbaycan Aşıqlar Birliyinin yeni yaradılmış Daşkəsən bölməsini rayon ictimaiyyətinə təqdim etməklə yanaşı, unudulmaz el sənətkarı Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş Daşkəsən aşıqlarının konsertinə də baxış keçirəcəyik.
Mən Aşıqlar Birliyinin Daşkəsən bölməsinin yaradılması münasibətlə bütün rayon ictimaiyyətini təbrik edirəm və göstərdiyi diqqətə görə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor orden və medallı hörmətli Məhərrəm Qasımlıya təşəkkürümüzü bildiririk.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının sayəsində Azərbaycan mədəniyyəti qorunur, daha da inkişaf etdirilir və beynəlxalq səviyyədə geniş təbliğ olunur. Əlbəttə ki, ölkəmizdə bütün sahələr üzrə görülən işləri, həyata keçirilən layihələr, əldə olunan uğurlu nailiyyətlər və qələbələrimiz dünyaşöhrətli siyasətçi, böyük vətənpərvər Prezident cənab İlham Əliyevin misilsiz əməyinin nəticəsidir.
Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva da bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir. Bildiyiniz kimi 2009-cu ildə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan aşıq sənətinin həmin mötəbər siyahıya salınması aşıq sənətimizə dövlət səviyyəsində ehtiramın təzahürüdürsə, eyni zamanda, bu təqdirəlayiq addım qədim aşıq sənətimizin qarşısında yeni üfüqlər açmışdır.
Başda ölkə rəhbərimiz Prezident cənab İlham Əliyev olmaqla, onun yaxın silahdaşı, ölkəmizin mədəniyyətinə xidmət edən, xalqımızın aşıq sənətinə diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Daşkəsəndə aşıq sənətinin tarixi çox qədimdir. Rayonumuzda aşıq sənətinin inkişafında və təbliğində Göyçə aşıq məktəbinin və Aşıq Şəmşirin böyük təsiri olmuşdur. Bu sahədə Daşkəsənin el sənətkarlarından Aşıq Cavadın və Aşıq Hüseyn Qoşqarlının xidmətləri xüsusi qeyd edilməlidir. Allah aşıq ustadlarımıza rəhmət eləsin.
Bildiyiniz kimi Daşkəsən aşıqları respublikamızın müxtəlif dövlət tədbirlərində, televiziyalarda, şəhər, rayonlarda, və Xoşbulaq yaylağındakı şənliklərdə, elin toy məclislərində fəal iştirak edirlər, öz məharətlərini göstərirlər. Belə ki, Daşkəsəndə aşıqların birliyi olarsa, rayonumuzun aşıqları bu sahədə qədim ənənələrinə əsaslanaraq daha böyük uğurlar əldə etməklə, mütəşəkkil qaydada hər yerdə təmsil olunarlar.
Elə bu məqsədlə də biz Daşkəsən Rayon Mədəniyyət Mərkəzində Aşıqlar Birliyinin Daşkəsən bölməsinin yaradılması qərarına gəldik. Bu işdə Azərbaycan Aşıqlar Birliyinin sədri hörmətli professor Məhərrəm Qasımlı bizə öz köməyini və dəstəyini əsirgəmədi. Buna görə bir daha da hörmətli Məhərrəm müəllimə minnətdarlığımızı bildirirəm və Birliyin Daşkəsən bölməsinin rəhbəri ayrım aşıq Saleh Tağıyevə yeni fəaliyyətində nailiyyətlər arzulayıram.
İnanıram ki, mədəniyyətə, ədəbiyyata xüsusi önəm verən dövlətimizin qayğısı və köməyi sayəsində elimizin ölməz mənəvi sərvəti olan aşıq sənəti Daşkəsəndə ayrım aşıq Salehin rəhbərliyi ilə yeni-yeni zirvələrə ucalacaq və aşıqlarımızın say tərkibi get-gedə istedadlı gənclərin hesabına daha da zənginləşəcəkdir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə çıxışında Aşıqlar Birliyinin fəaliyyəti barədə geniş məlumat verib, təbriklərini çatdırıb, Birliyin adından hədiyyələrini təqdim edib və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə aşıqların rayon bölməsinin yaradılmasına verdiyi hər cür dəstəyə görə minnətdarlığını bildirib. Məhərrəm Qasımlı Daşkəsəndə aşıq sənətinin bundan sonra da inkişaf edəcəyini diqqətə çatdırıb.
Aşıqlar Birliyinin Daşkəsən bölməsinin rəhbəri Saleh Tağıyev göstərdikləri köməkliyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə və Azərbaycan Aşıqlar Birliyinin rərbərliyinə təşəkkür edib.
Sonra rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə daşkəsənli aşıqların ustad Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konserti keçirilib. Aşıqların bir-birindən rəngarəng şaqraq səsli çıxışları hamının ürəyindən olub, alqışlarla qarşılanıb.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər