Fəxri Mehdiyev: Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi

Fəxri Mehdiyev: Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq  bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyev - Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşü keçirildi. Ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər.

Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi.

Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər.

Fəxri Mehdiyev: Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq  bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi


Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.

Ermənistan eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək.

Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır.

27 sentyabr 2020-ci il tarixində işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra zəfərlə başa çatan Vətən müharibəsi nəinki bizlərin, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dövlətçiliyimizin qoruması, ərazi bütövlüyünün təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi işinə sadiqliyinin sınağı oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində rəşadətli ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq.

Hər bir Azərbaycan vətəndaşı həmişəlik yadda saxlamalıdır ki, 8 Noyabr 2020-ci il tarixdə qazandığımız tarixi qələbə Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Rəşadətli Azərbaycan Ordusudur.

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi. Qələbə, milli varlığımızı, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir. 44 günlük Vətən müharibəsi vətəndaşlarımızın uzun illər vərdiş etdikləri həyata baxışını dəyişərək qalibiyyət ruhunda olmalarını təmin etdi.

Hazırda Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasətə əsaslanaraq əminiklə deyə bilərik ki, 44 gündə yaşadığımız həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər