Putinin Ərdoğan haqda dedikləri diqqət çəkdi: "Sözünün ağasıdır"

Putinin Ərdoğan haqda dedikləri diqqət çəkdi: "Sözünün ağasıdır"


Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barədə dedikləri diqqət çəkib.

Rusiyanın Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifi ilə bağlı hadisələri dəyərləndirən Putin, "Məncə, Avropaya qaz nəqli üçün Türkiyədə mümkün bir mərkəz təklif etməyimizin səbəbi aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Həmçinin boru xətlərinin bombalanması ilə bağlı faciəli hadisələrdən də xəbərimiz var. Avropalılar, demək olar ki, həmişə olduğu kimi, onların maraqlarına zərər gəlsə də, susurlar", - dedi.

“Şimal axını” boru kəmərində baş verən partlayışı terror hücumu kimi qiymətləndirən Putin, "Bütün bunlar Danimarka, İsveç və Almaniyanın müstəsna iqtisadi zonasında baş verdiyi üçün onlara nəzarət etmək bizim üçün çətindir. Bu mənada bizim Türkiyə ilə işləməyimiz daha asandır. Birincisi, Prezident Rəcəb Tayyib Ərdoğan sözünün ağası olduğu üçün onunla razılığa gəlmək bəlkə bizim üçün çətin olsa da, nədəsə razılaşsaq, onu reallaşdırmağa çalışırıq. İkincisi isə Qara dəniz sularına nəzarət etmək bizim üçün daha asandır”, - deyə bildirib.

Türkiyədə təbii qaz mərkəzi yaradılarsa, sözügedən qazın alıcılarının olacağına əmin olduğunu vurğulayan Putin, "Görək bu qış və gələn qış nə olacaq. Amma əminəm ki, yeni müqavilələr imzalanacaq", söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər