Ərdoğanla İlham Əliyev arasında maraqlı dialoq: “Qızıldandırmı…” - VİDEO

Ərdoğanla İlham Əliyev arasında maraqlı dialoq: “Qızıldandırmı…” - VİDEO


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi keçirilir.

“Açılış mərasimi zamanı bir sıra çox maraqlı məqamlar yaşanıb.

Birincisi, Türkiyə Prezidenti təyyarədən enərkən bir anlıq dayanaraq ətrafa göz gəzdirir və hər şeyin gözəl olduğunu əli ilə Azərbaycan Prezidentinə işarə edir.

Ərdoğanla İlham Əliyev arasında maraqlı dialoq: “Qızıldandırmı…” - VİDEO


İkinci maraqlı məqam isə rəsmi lentin kəsilmə anı baş verib. Belə ki, Ərdoğan qırmızı lenti kəsərkən onlara təqdim edilən qayçının əltutan hissəsinin qızılı rəngdə olmasına diqqət çəkərək deyir: “Bu, qızıldırmı?”.

Azərbaycan Prezidenti isə öz növbəsində deyir: “Qızıla bənzəyir, amma siz ki kəsəcəksiniz, qızıldan da qiymətli…”

Ərdoğan rəsmi açılış mərasiminin rəmzi mənasını daşıyan qırmızı lenti kəsərkən deyir: “Zəngilan hava limanımız Azərbaycana və dünyaya xeyrili-uğurlu olsun”.

Qırmızı lenti kəsən Ərdoğan qayçı və qırmızı lenti xatirə hədiyyəsi kimi özü ilə götürüb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər