Haber Global: "İlham Əliyev və Ərdoğan Zəngilan hava limanının açılışını edəcək" - FOTO

Haber Global: "İlham Əliyev və Ərdoğan Zəngilan hava limanının açılışını edəcək" - FOTO


Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda tikilən 2-ci hava limanı sabah Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasimlə istifadəyə veriləcək.

"Haber Global" xəbər verir ki, Prezident Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı olacaq.

Qeyd edək ki, Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlanıb. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.
Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.

Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.

Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.

Haber Global: "İlham Əliyev və Ərdoğan Zəngilan hava limanının açılışını edəcək" - FOTOHaber Global: "İlham Əliyev və Ərdoğan Zəngilan hava limanının açılışını edəcək" - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər