Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb

Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb















Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub

Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər.

Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, onlara axtarış aparmaqda hər hansı sənəd təqdim etməyiblər buna görə də onlar binada axtarış aparmağa buraxılmayıblar.

Şahbaz Xuduoğlunun hadisə yerində olan hüquqi nümayəndəsi vəkil Yalçın İmanov bildirib ki, hazırda hadisə yerindədir:

“Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin hələlik binaya daxil olması mümkün olmayıb".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər