Ramin Quluzadədən yeni rəis təyinatı

Ramin Quluzadədən yeni rəis təyinatı
















Əsgərov əvvəl Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib

Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Salyan Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.

Virtualaz.org-un məlumatına görə, həmin vəzifəyə Nicat Əsgərov təyin olunub.

Nicat Əsgərov bundan əvvəl Respublika Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib.

Xatırladaq ki, Salyan Telekommunikasiya Qovşağının əvvəlki rəisi Faiq Nəcəfov bu il aprel ayının 15-də nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən azad olunmuşdu. Qısa müddət əvvəl isə Salyan Telekommunikasiya Qovşağında audit yoxlaması aparılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər