Xankəndidə hamı başa düşür ki, Ermənistan Qarabağdan əlini üzüb - “Hraparak”

Xankəndidə hamı başa düşür ki, Ermənistan Qarabağdan əlini üzüb - “Hraparak”


Baş nazir Nikol Paşinyanın son bəyanatı erməni cəmiyyətində Ermənistanın birmənalı olaraq Qarabağdan imtina etməsi və Azərbaycanın tərkib hissəsi kimi tanınması mesajı anlamında qəbul edilib.

“Hraparak” qəzeti bu mövzunu daha da inkişaf etdirərək İrəvanın bu fikrini artıq Xankəndidə də hamının bildiyini və başa düşdüyünü yazıb.

“Hamı artıq başa düşür ki, Ermənistan birdəfəlik Qarabağdan əlini çəkib. Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan da bunun fərqindədir. O da İrəvanın Qarabağdan əl çəkdiyini açıq şəkildə dilə gətirib”, - mətbu orqanı yazır.

Bildirilir ki, Paşinyan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalması şərti ilə qarşılıqlı formada ölkələrin ərazi bütövlüyünün tanınması haqqında sənəd imzalamağa hazırdır.

Onu da qeyd edək ki, hələ bir neçə gün öncə Xankəndidəki separatçı David Babayan da Qarabağın Ermənistana ağır bir problemə çevrildiyini dilə gətirib.

Babayan öz facebook səhifəsində yazıb ki, Ermənistan Qarabağ kimi yükdən xilas olmağa çalışır. “Qalxanı yük hesab edən xalq məhvə məhkumdur və tarixdə belə nümunələr çoxdur”, - David Babayan qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər