Məşhur general vəzifəsindən azad edildi - Yeni Təyinatlar

Məşhur general vəzifəsindən azad edildi - Yeni Təyinatlar


Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.

Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.

Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.

Qeyd edək ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi, general-mayor Bəhruz Quliyev bu ilin avqust ayında DGK-nın sədr müavini təyin edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər