Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı

Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı


Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Musavat.com xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər