Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudovdur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elvin Umudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İcra başçısı Vətən Müharibəsi şəhidi Məmmədov Taleh Arif oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət edib

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.

Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub.

İldönümü mərasimində şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL

Rayon rəhbəri mülki şəhid İbrahimov Şahin Mahmud oğlunun ikinci ildönümü ilə əlqədar ailəsini ziyarət edib

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


44 günlük Vətən müharibəsində erməni təcavüzkarları insanlığa sığmayan, müharibə qaydalarına zidd olaraq insanların sıx yaşadığı məntəqələri ağır artileriya atəşinə tutur, bunun nəticəsində mülkü insanlar şəhid olur, yaralanır, sağlamlıqlarını itirirdilər.

Tərtər Rayon İcra Hacimiyyətinin başçısı Müstəqim Məmmədov 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısındakı ərazinin atəşə tutulması nəticəsində şəhid olmuş Dəmirçilər kənd sakini İbrahimov Şahin Mahmud oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, baş sağlığı verib. Rayon rəhbəri şəhid haqqında ailə üzvlərinin, onu tanıyanların xatirələrini dinləyib. Şəhidin ailəsinə səbr diləyən icra baççısı onların qayğıları ilə də maraqlanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL
Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


İcra başçısı Vətən Müharibəsi şəhidi Hacıyev Rüstəm Firqani oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 27 sentyabr-Anım günündən başlayaraq mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailəsində olur, onların dərdlərinə şərik olaraq başsağlığı verir, qayğıları ilə maraqlanır.

Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqanı oğlunun ailəsinə də baş çəkib.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi Xidmətə görə”və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Tərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏLTərtər Rayonunda qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərilir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər