ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi

ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi


ABŞ-ın altı ştatı bəzi amerikalıların tələbə borclarını silmək qərarına görə prezident Co Baydenə, həmçinin Təhsil Departamenti və onun rəhbəri Migel Kardona qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırıb.

Modern.az bildirir ki, kollektiv məhkəmə iddiası Ayova, Kanzas, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırılıb.

“Heç bir qanunvericilik Prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə icazə vermir”, - iddiada qeyd olunub.

Arkanzas ştatının baş prokuroru Lesli Rutlec aydınlaşdırıb ki, qanunla Təhsil Departamenti balansda olan borcları toplamalıdır və dövlət başçısının bunu heç bir şəkildə ləğv etmək səlahiyyəti yoxdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər