Ukrayna ilə bağlı kritik qərara günlər qaldı

Ukrayna ilə bağlı kritik qərara günlər qaldı


Ukrayna ilə bağlı kritik qərara günlər qalıb.

Xarici KİV xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin cümə günü Duma və Federasiya Şurasının deputatları qarşısında çıxışında referendumun keçirildiyi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan edəcəyi gözlənilir.

Belə ki, sentyabrın 30-dan etibarən Ukraynanın işğal etdiyi ərazilərini geri almaq uğrunda apardığı mübarizə Kreml tərəfindən “Rusiyaya hücum” kimi qiymətləndiriləcək.

Bundan əlavə, Putinin Rusiyanın bütün ərazisində və ya Ukrayna sərhədinə yaxın ərazilərdə hərbi vəziyyət elan edəcəyi, eləcə də qismən səfərbərlik edəcəyi haqda məlumatlar yayılıb.

Putin Ukraynanın təxminən 20%-ni ilhaq etdiyini elan etməyə hazırlaşdığı bir vaxtda Ukrayna isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili iclasa çağırılıb. Kiyev sabah toplanacaq BMT Təhlükəsizlik Şurasının Moskvanın dörd regionda keçirdiyi referendumlara baxmasını istəyir. İclasda Rusiyanın BMT-dən müvəqqəti çıxarılmasına dair Baş Assambleyada səsvermə də tələb olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər