Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Millət vəkili Müşfiq Cəfərov, Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Emil Bədəlov, Aparatın məsul əməkdaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan hərbçilərin ailələrini ziyarət edib.
Şəhər rəhbərliyi Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Emil Ehtiram oğlu, Həsənov Eltəkin Alik oğlu, Süleymanov Cavid Fərhad oğlunun evlərində olub, ailə üzvləri ilə görüşüb, onlarla söhbət edib.
Söhbət zamanı qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Bu gün də iogi oğullarımız düşmənə sipər olaraq, Azərbaycanın ərazi bütövlüyünü öz qanları və canları bahasına qoruyurlar.
Niyazi Bayramov hərbi qulluqçuların ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçuları Eltəkin Həsənov və Emil Əliyev 44 günlük Vətən müharibəsində də iştirak ediblər.
Eltəkin Həsənov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, Emil Əliyev isə “Kələbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təlif olunublar. Cavid Süleymanov isə hərbi xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda bir sıra medal və “Fəxri fərman”larla təltif olunub.
Qeyd edək ki, hazırda stasionar müalicələri davam edən hərbi qulluqçular səhhətləri qənaətbəxşdir.

Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir

Gəncənin simvolik gerbi yenidən yerinə quraşdırılıb

Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbinin təmiri yekunlaşıb. Artıq gerb Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə - Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib.
Xatırladaq ki, bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi aşaraq zərər görüb. 6 metr hündürlükdə olan gerbə baxış zamanı simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub. Gəncə Şəhər İcra Hakimiyyəti basçisinin tapşırığı ilə gerb şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları vasitəsilə əsaslı təmir məqsədilə qurumun emalatxanasına aparılıb. Burada mütəxəssislər tərəfindən əsaslı təmir olunmasına başlanıb və gerbin üzərindəki ornamentlər xüsusi alətlərlə sənətkarlar tərəfindən bərpa edilib.

Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir

Serbiyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir

Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Gəncə şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov səfir Draqan Vladisavljeviçi salamlayaraq, rəsmi qonağa Gəncə şəhəri haqqında ətraflı məlumat verib. O bildirib ki, qədim tarixə malik olan Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncə eyni zamanda, Azərbaycanın sənaye şəhərlərindən hesab edilir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.
Serbiya səfiri Draqan Vladisavljeviç Gəncə şəhərində olmaqdan məmnunluq duyduğunu bildirib. Sözbət zamanı rəsmi qonaq Serbiya və Azərbaycan arasında olan dostluq münasibətlərindən söz açıb, mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Səfir Draqan Vladisavljeviç Serbiyanın Novi-Sad şəhəri ilə Gəncə arasında qardaşlıq əlaqələrinin qurulmasını təklif edib. O qeyd edib ki, iki şəhər arasında xüsusi ilə iqtisadi, mədəni, təhsil və idman sahəsindəki əlaqələrinin genişləndirilməsi üçün imkanlar mövcuddur.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Səfər çərçivəsində səfir Draqan Vladisavljeviç Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib. Rəsmi qonağa məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Daha sonra Draqan Vladisavljeviç Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib, Gəncə Dövlət Universiteti, “Azəraliminium” MMC və “Gəncə Şərab-2” ASC-də olub.

Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Niyazi Bayramovun yaralı hərbçilərin ailələrinə ziyarəti davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər