MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"

MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər