Paşinyan: “Bu, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər”

Paşinyan: “Bu, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər”


Beynəlxalq ictimaiyyətin və Rusiyanın diqqətinin Ukrayna məsələsinə cəmlənməsi, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istənilən böhranlı vəziyyətlər yeni təhlükələr gətirir və yeni imkanlar açır: “Ölkələr və hökumətlər üçün əsas vəzifə təhlükələri idarə etməkdir. Eyni zamanda imkanlardan istifadə etməkdir.

Zaman bizim region üçün də asan deyil, çünki uzun müddətdir mövcud olan və təhlükəsizliklə bağlı çağırışlar getdikcə artmaqdadır.Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də təhlükəsizlik sahəsində strateji tərəfdaşın - Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə bağlıdır. Bunun regionumuzda sabitliyin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı qorxular var”-Paşinyan qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər