“Müzakirələr asan olmadı” - Paşinyan

“Müzakirələr asan olmadı” - Paşinyan


“Brüsseldə keçirilən müzakirələr asan olmadı”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüş barədə danışarkən deyib.

“Aydındır ki, müzakirələr hərtərəfli idi və asan olmadı. Lakin qeyd etmək istəyirəm ki, məqsədlərimiz dəyişməz olaraq qalır və qalmalıdır. Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur və biz bunu həyata keçirmək üçün qətiyyət göstərməliyik”, - deyə Paşinyan söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər