Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTO

Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTO


Bir neçə gündür, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıblar.

“Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, polislər bir neçə gündür, şəhərin mərkəzində xidmət aparırlar.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTOAzərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTOAzərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər