Nazir: Azərbaycanda daha 380 yeni iş yeri açılacaq

Nazir: Azərbaycanda daha 380 yeni iş yeri açılacaq
















İxracın stimullaşdırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur

Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln dollardan yuxarı olan sualtı tikinti və üç sərnişin gəmisinin tikintisi aparılır.

Bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan qəzetində dərc edilmiş müəllif yazısında qeyd edib.

Nazirin sözlərinə görə, “Xankəndi” sualtı tikinti gəmisinin inşası 2017-ci ilin aprel ayında tam başa çatdırılacaq:

““Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən “Xankəndi” sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib.

Gəminin tikintisi üzrə işlərin 80%-dən çox hissəsi başa çatdırılıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək başa catdırılacaq”.

Ş.Mustafayev həmçinin əlavə edib ki, Azərbaycanda daha 380 yeni iş yeri açılacaq:

“Tikintisi başa çatmaqda olan Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Qeyd edək ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaqdır”.

Nazir əlavə edib ki, Azərbaycanda ixracın stimullaşdırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur:

“Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir.

Bu məqsədlə ixracın təşviqi, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, “MADE İN AZERBAİJAN” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi və ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində işlər aparılır”.

İqtisadiyyat naziri həmçinin qeyd edib ki, Rusiya Federasiyasında yeni logistik mərkəz inşa olunacaq:

“Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün Aktau şəhərində logistika mərkəzi artıq sahibkarların istifadəsinə verilib. Növbəti belə mərkəzin Rusiya Federasiyasının Yekaterinburq şəhərində inşası nəzərdə tutulur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər