Türkiyə XİN-dən Laçınla bağlı BƏYANAT

Türkiyə XİN-dən Laçınla bağlı BƏYANAT


“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda ifadə olunan məsələlərə uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir:

“Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan bu inkişaf, həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək.

Türkiyə indiyə qədər olduğu kimi bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər