Avropa İttifaqından prezidentlərin növbəti görüşü ilə bağlı - AÇIQLAMA

Avropa İttifaqından prezidentlərin növbəti görüşü ilə bağlı - AÇIQLAMA















“ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər”

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir.

Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Xanım M.Mard qeyd edib:

“Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü - əgər iyun ayında keçirilsə - münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq”.

Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.

Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər