Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub.
İyulun 22-də Gürcüstan Patriarxının iqamətgahında orden Allahşükür Paşazadəyə təqdim olunub.
Bildirilib ki, Gürcüstan Pravoslav Kilsəsi QMİ sədrini xüsusi mükafata şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü, habelə gürcü və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi xüsusi töhfələrə görə layiq görüb.
Patriarx II İlya Allahşükür Paşazadəni təbrik edib, onun şeyxülislamlıq fəaliyyətini, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
II İlya deyib: “Gürcüstan-Azərbaycan dostluğunu və qardaşlığını heç kim poza bilməz. Bu dostluq toxunulmaz və əbədidir”.
A.Paşazadə onu “Dostluq” ordeninə layiq gördüklərinə görə II İlyaya və Gürcüstan Pravoslav Kilsəsinə minnətdarlığını bildirib.
Şeyxülislam deyib: “Mən bir çox mükafatlar almışam, lakin yaxın dostumun əlindən “Dostluq” ordenini almaq mənim üçün böyük şərəfdir. Bu orden, həmçinin Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasındakı yüksək səviyyəli münasibətlərin, qardaşlığın, II İlya həzrətlərinin böyüklüyünün və ağsaqqallığının bariz nümunəsidir”.
A.Paşazadə II İlyanı Azərbaycana, işğaldan azad olunan Qarabağ torpaqlarına səfərə dəvət edib. Bildirib ki, Azərbaycan 30 il əvvəlki simasını tam dəyişib, inkişaf edib və daha da gözəlləşib. Qarabağda quruculuq işləri görülür. Qafqazın ağsaqqalı kimi sizin Azərbaycana yenidən səfər etməyiniz və xeyir-dua verməyinizi istəyirəm.
Mərasimdə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio, ruhanilər, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, QMİ sədrini müşayiət edən nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, ordenin üzərində şam, küknar və kiparisdən kəsilərək yonulmuş üç əsadan cücərən möcüzəvi ağac -Allahın insanlara verdiyi rəhmət, sülh və xeyir-dua əlaməti və rəmzi kimi təsvir edilib.

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL
Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Ərəb mətbuatı şeyxülislam Allahşükür Paşazadənin Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsindən yazıb

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM agentliyi və “Əlxalic” qəzeti, həmçinin Misirin geniş oxucu auditoriyasına malik olan “Youm7” və “Masravi” portalları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İslam dünyasının nüfuzlu qurumu olan Müsəlman Ağsaqqallar Şurasına üzv seçilməsi barədə məqalə dərc ediblər.
Məqalədə Şuranın sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin bununla bağlı qərarı imzaladığı və Azərbaycanın dini liderinə məktub ünvanladığı, eyni zamanda, şeyxülislam Allahşükür Paşazadənin Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzin rəhbəri, MDB Dinlərarası Şurasının həmsədri Məşvərət Şurasının sədri olduğu diqqətə çatdırılıb. Yazıda qeyd olunub ki, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda və bütün dünyada dinlərarası dialoq, tolerantlıq və multikulturalizmin təbliğinə böyük töhfə verib.
Sonda vurğulanıb ki, 17 dini lideri birləşdirən Müsəlman Ağsaqqallar Şurasının üzvləri sırasında Şahzadə Qazi bin Mühəmməd bin Talal, Şeyx Abdullah bin Bəyyah, doktor Abdullah Nassif, doktor Mühəmməd Qureyş Şihab, Şeyx Abdül Rəhman bin Mohammad Əl-Xəlifə kimi tanınmış müsəlman din və dövlət xadimləri yer alırlar.

Allahşükür Paşazadə həzrətləri Tiflisdə Cümə məscidini ziyarət etdi

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə həzrətləri Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsi heyəti ilə görüşdü. QMİ sədrini Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze qarşılayıb.
Şeyxülislam həzrətləri onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə birgə ibadət ocağının yaranma tarixi və burada mövcud şəraitlə tanış olub.

Görüşdən sonra Cümə məscidini ziyarət edən Allahşükür Paşazadə həzrətləri ziyarət namazı qıldı. Daha sonra, Şeyxülislam həzrətlərinin imamətliyi ilə camaat namazı qılındı.
Namazdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Müqəddəs Qurani – Kərim və şəkil hədiyyə olundu.
Sonda xatirə şəkili çəkdirildi.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL
Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


QMİ sədri Gürcüstan Prezidenti ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL


Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 22-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, mədəni və din sahələrində əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Tərəflər ölkələrimiz arasındakı qədim dostluq və mehriban qonşuluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluqla danışıblar.
Bildirilib ki, Azərbaycan və Gürcüstanın ali dini rəhbərləri arasındakı dostluq münasibətləri xalqlarımız tərəfindən də yüksək qiymətləndirilir.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏLQafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL
Qafqaz Müsəlmanları İdarəsində silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər