Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL


Gəncədə "22 İyul - Milli Mətbuat Günü" qeyd olunub

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar "Müstəqil Azərbaycan mətbuatı" mövzusunda tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, media nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı 147 illik zəngin inkişaf yolu keçib. 1875-ci ildə "Əkinçi" qəzeti ilə başlanan bu yol müstəqillik dövründə uğurla davam etdirilib. Bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin rolu böyükdür. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır. Şəhər rəhbəri media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında mədəniyyət sahəsinin media ilə sıx bağlı olmasından bəhs edib. O, gələcək işlərində media nümayəndələrinə müvəffəqiyyətlər arzulayıb. I və II Qarabağ müharibəsində şəhid olan jurnalistlərimizə Allahdan rəhmət diləyib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, "Novosti Gyandji" qəzetinin redaktoru İrina Kalaşnikova, AZTV-nin bölgə müxbiri Xaliq Qurbanlı, "Kəpəz" MTRŞ-nın xüsusi müxbiri Elnur Rzayev və jurnalist Sənubər Qocayeva çıxış edərək, ölkəmizdə söz və mətbuat azadlığının tam təmin olunduğu bildiriblər. Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan mediası Vətən müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, fasiləsiz davam edən informasiya müharibəsində öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər.
Tədbirdə 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Gülcan Qasımovanın, müəllim Aişə Cəfərovanın və Gəncə Dövlət Filarmoniyasının solisti Cəfərov Rüstəmin ifasında musiqi nömrələri səslənib.
Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verən hadisələrin dəqiq, operativ və qərəzsiz işıqlandırılmasındakı səmərəli fəaliyyətlərinə görə Gəncə şəhərində fəaliyyət göstərən media işçiləri "Milli Mətbuat Günü" münasibətilə təltif olunublar.

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL

Niyazi Bayramov stasionar müalicə alan Vətən müharibəsi iştirakçılarını ziyarət edib

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk olaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Eyyub oğluna baş çəkib. E.Əliyevin müayinə və müalicəsi ilə maraqlanan şəhər rəhbəri, onunla söhbət edib. İcra başçısı Vətən müharibəsi iştirakçısını narahat edən məsələlərin aradan qaldırılması və müvafiq köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Xatırladaq ki, Əliyev Etibar Eyyub oğlu bir neçə gün əvvəl Niyazi Bayramovun qəbulunda olmuş, onunla geniş söhbət aparılmış, müayinə və müalicəsinin davam etdirilməsi üçün o, Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir.

Niyazi Bayramov daha sonra Gəncə şəhər Kardioloji Xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Əliyev Kamal Telman oğlunu ziyarət edib. Şəhər rəhbərinə məlumat verilib ki, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alan K.Əliyev ötən gün Gəncə şəhər Kardioloji Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti normaldır. Niyazi Bayramov xəstə yaxınları ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb. K.Əliyev ona göstərilən diqqətə görə dövlətimizə və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.

Niyazi Bayramov II Milli Yaylaq Festivalına hazırlıq işləri ilə tanış olub

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu gün Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında olub. Şəhər rəhbəri II Milli Yaylaq Festivalının keçiriləcəyi ərazini gəzərək, hazırlıq işləri ilə maraqlanıb.

"Cavadxan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda II Milli Yaylaq Festivalının keçiriləcəyi etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, "Yaylaq (k/t) bazarı", "Sənətkarlıq güşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (k/t heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər tematik sahələr qurulur.

Niyazi Bayramov ərazini gəzərək, burada çalışan işçi və könüllülərlə söhbət edib. Daha sonra Xan yaylağının üst hissəsində yerləşən Cavad xan zirvəsi ziyarət olunub.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşlarından biridir. II Milli Yaylaq Festivalının 29-31 iyul tarixlərinə keçirilməsi nəzərdə tutulur. Festivala yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonaqların dəvəti planlaşdırılır.

Gəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏLGəncədə silsiləli tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər