DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar

DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar


Ötən gün axşam saatlarında Bizimxeber.az-ın redaksiyasına müraciət edən iş adamı, "Global-Techizat 2022" Məhdud Məsuliyyətli Cəmiyyətin səlahiyyətli nümayəndəsi Qocamanov Ayaz İlyas oğlunun Bakı Baş Gömrük İdarəsində problemlə üzləşdiyi ilə bağlı məlumat vermişdik.

"Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli və aidiyyatı şəxslər hüquqlarımı və qanunun tələblərini pozur, rəsmi müraciətimə şifahi rədd cavabı verir. Müraciətlərə səthi yanaşılır, araşdırılmadan istədiklərini deyirlər,- deyə iş adamı Ayaz Qocamanov bildirib.

İş adamının verdiyi daha bir məlumata görə, gecə saatlarında ona məxsus yükü gətirən maşın Xocəsən Gömrük Terminalına giriş etsə də, 45 dəqiqədən sonra çölə çıxaırılıb.

Maşının terminaldan niyə çıxarılmasının səbəbini soruşan sürücü və iş adamına terminalın növbətçi hissəsindən bildirilib ki, göstəriş rəhbərlik tərəfindən verilib. Əlavə heç bir səbəb göstərməyən növbətçi hissə nümayəndəsinin təkidi ilə avtomobil terminaldan çölə çıxarılıb: "Yükü ölkəyə gətirən sürücü, Gürcüstan vətəndaşı deyir ki, maşın ölkə sərhədlərindən keçdiyi zaman avtomobilə vurulan GPRS-də istiqamət Xocəsən Gömrük Terminalı göstərilib. Bu səbəbdən də maşını verilən istiqamətdən kənara çıxarmayaraq, vaxtından əvvəl terminala çatdırıb. Amma Xocəsən Gömrük Terminalından çıxarılan avtomobilin sürücüsünə deyilib ki, maşın İpək Yolu Terminalına sürülməlidir. Sürücü bunun qanunsuz olduğunu, bəyənnamədə yükün bu ünvana gəlməsinin qeyd olunduğunu və göstərilən ünvandan kənara çıxmağın pozuntu olduğunu deyib. Amma heç bir qanuni tələbə məhəl qoymayan terminal əməkdaşları ora daxil olmuş yük maşınını çölə çıxarıblar".

Sahibkar qeyd edir ki, qanunla yükün terminala daxil olması üçün 36 saat müddət mövcuddur: "Bu tarix bu gün saat 21:00-da bitir. Hansı ki, yüklə dolu avtomobil vaxtından əvvəl terminala çatıb. Əgər yük qəbul edilməsə əlavə rüsum ödəməli olacaq".

A. Qocamanov deyib ki, uzun illərdir Gömrükdə müxtəlif problemlərlə rastlaşıb, amma belə bir analoqsuz problemin şahidi olmayıb: "Bu hazırkı Gömrük sistemin artıq çöküşünə işarədir. Əlavə rüsumların ödənilməsindən tutmuş daha başqa problemləri görmüşdük, amma yüklə dolu avtomobilin terminaldan qovulmasının şahidi olmamışdım. Aidiyyatı qurumların rəhbərlərinə, DGK sədri Səfər Mehdiyevə, son günlər Komitədə araşdırma və əməliyyat aparan qurumların nümayəndələrinə səslənirəm.

Bütün rəsmi sənədlərdə, həmçinin qısa bəyənnamədə aşkar göstərmişik ki, yükün təyinat yeri Sumqayıt Baş Gömrük İdarəsidir. Nədənsə Mazımçay Gömrük Postunda bizə bəlli olmayan səbəblərdən bəyənnamədə qeyd olunan təyinat nöqtəsi dəyişdirilib. Mən bunun kimlər tərədinfən və hansı məqsədlə edildiyini bilmirəm, üstəlik rəsmi olaraq cavab da vermirlər. Təyinat yerinin niyə dəyişdirilməsini aydınlaşdırmaq üçün ötən gün Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciət də etmişdim. Amma qurumdan müraciətimə heç bir rəsmi cavab verilmədi, şifahi olaraq müraciətim rədd edildi. Ardınca gecə saatlarında bütün sənədləri qaydasında olan yüklə dolu maşın, xarici vətəndaş olan sürücü terminaldan qovularaq küçəyə atıldı. İndi mənə maraqlı olan suala cavab istəyirəm - Yükün təyinat nöqtəsi niyə dəyişdirilib?".

İş adamı mətbuat vasitəsilə bütün aidiyyatı qurumlara müraciət edib: "Mən Azərbaycanda uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulam. Həmişə qanunların aliliyini qoruyan, vergilərini vaxtında ödəyən iş adamlarından biriyəm. Bizim kimi sahibkarlara, dövlət büdcəsinin formalaşmasında yaxından iştirak edən iş adamlarına, vergi ödəyicilərinə qarşı belə laqeyd münasibəti doğru hesab etmirəm. Ümid edirəm ki, bu gün baş verənlər aidiyyatı şəxslər tərəfindən araşdırılacaq, problem qısa müddətdə öz həllini tapacaq".




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər