Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı

Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı


Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı açıqlamaları, eləcə də, Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı fakt qarşısında qoyur... Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan üçün həm Brüsselin, həm də Kremlin vasitəçilik missiyası qətiyyən problem yaratmır...

Musavat.com məlumatına görə, Rusiya Cənubi Qafqaz siyasətinə müəyyən korrektələr etməyə başlayıb. Belə ki, Kremlin son vaxtlara qədər yürütdüyü regional siyasət Azərbaycanda kifayət qədər ciddi narazılıqlar yaradırdı. Hətta bu ayın əvvəllərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəzi açıqlamalar qəbuledilməz məzmun daşıyırdı.


Məsələ ondadır ki, Kreml rəsmisi Ermənistan paytaxtında Azərbaycana məxsus Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyətdən danışarkən, “delimitasiya skandalı”na yol vermişdi. Rəsmi Bakı bu siyasi-diplomatik skandala dərhal reaksiya verərək, delimitasiya prosesinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislikasiya olunduğu Xankəndi və ətraf bölgəyə heç bir aidiyyatının olmadığını sərt şəkildə xatırlatmışdı. Və Rusiya XİN də olduqca ciddi səhvə yol verildiyini anlayaraq, S.Lavrovun skandal xarakterli açıqlamasına düzəliş etmək məcburiyyətində qalmışdı.
Təbii ki, bütün bunları nəzərə aldıqda, Rusiya xarici işlər naziri Sergey Lavrovun “delimitasiya skandalı”ndan qısa müddət sonra Bakıya rəsmi səfərə qərar verməsi böyük maraq doğururdu. Çünki, Rusiya diplomatiya idarəsinin rəhbəri qapalı qapılar arxasında rəsmi Bakının “delimitasiya skandalı”na izahat istəyəcəyini anlamamış deyildi. Və bu baxımdan, Rusiya xarici işlər nazirinin həmin məsələyə hansısa məzmunda aydınlıq gətirməyə çalışdığı da qətiyyən şübhə doğurmur.

Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı


Maraqlıdır ki, Rusiya xarici işlər nazirinin Bakıda verdiyi açıqlamalar qarşılıqlı münasibətlərdəki narazılıq doğuran məqamların artıq aradan qaldırıldığını təsdiqləyir. Belə ki, S.Lavrov Rusiyanın Azərbaycan ilə münasibətlərin səviyyəsindən tamamilə məmnun olduğunu vurğulayıb. Və Azərbaycanı Rusiyanın Cənubi Qafqazdakı önəmli tərəfdaşı, müttəfiqi kimi xarakterizə edib.

Onu da qeyd etmək lazımdır ki, Rusiya xarici işlər naziri S.Lavrov rəsmi Bakının Kreml üçün xüsusi həssas mövzu olan Ukrayna savaşına münasibətdə tutduğu mövqedən də məmnun olduğunu gizlətməyib: “Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk. Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan da razıyıq”.

Digər tərəfdən, S.Lavrov Ermənistanın yenidən geopolitik proseslərə qatmağa çalışdığı ATƏT-in Minsk Qrupunun fəaliyyət perspektivlərinə də münasibətini bildirib. Onun bu barədə açıqlaması həm də ABŞ dövlət katibinin yardımçısı Karen Donfridin “Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıq etməyə hazırıq” bəyanatına cavab da hesab edilə bilər: “ATƏT-in Minski Qrupu fəaliyyətini dayandırıb”.

Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı


Rusiya xarici işlər naziri Ermənistanın “ətəyindən bərk-bərk yapışmağa” çalışdığı Minsk Qrupunun fəaliyyətinin dayandırmasının əsas səbəbini məhz ABŞ-ın bu format çərçivəsində əməkdaşlıqdan imtina etməsi ilə əlaqələndirib. Bu baxımdan, Ermənistan üçün olduqca çıxılmaz vəziyyətin yarandığını düşünmək olar. Çünki, rəsmi İrəvanın öz geopolitik manipulyasiyalarını qurmağa çalışdığı Minsk Qrupunun öz fəaliyyətini dayandırması ABŞ və Rusiya arasında da mübahisə mövzusuna çevrilib.

Məsələ ondadır ki, indi ABŞ və Rusiya Minsk Qrupuna görə bir-birini günahlandırır. Rəsmi İrəvansa, belə situasiyada bu iki supergücdən heç birisinə irad bildirmək şansına sahib deyil. Və bu baxımdan, rəsmi İrəvanın öz pozuculuq fəaliyyətində yararlanmağa ümid bəslədiyi “Minsk Qrupu faktoru”nu da artıq itirdiyini düşünmək olar.

Belə anlaşılır ki, rəsmi İrəvan nə qədər narazı qalsa da, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində yalnız Brüsselin və Kremlin vasitəçilik missiyası ilə kifayətlənməli olacaq. Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan üçün həm Brüsselin, həm də Kremlin vasitəçilik missiyası qətiyyən problem yaratmır. Yəni, Azərbaycanın regional hərbi-siyasi mövqeləri o qədər güclüdür ki, rəsmi Bakı istənilən vasitəçi ilə sülh sazişinin hazırlanması prosesinə hazırdır.

Kreml rəsmi Bakı ilə anlaşdı: Paşinyanın son “manevr pəncərəsi” də bağlandı


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da vurğulayıb ki, işğal dövründə mövcud olmuş fundamental problem artıq həll olunub: “İlk dəfə həm Azərbaycanda, həm də Ermənistanda ölkələrimiz arasında normal, mehriban qonşuluq münasibətlərinin qurulması üçün önəmli imkanlar yaranıb. Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”.

Göründüyü kimi, Rusiya xarici işlər naziri S.Lavrovun Bakı açıqlamaları, eləcə də, rəsmi Bakının qətiyyətli mövqeyi Ermənistanı fakt qarşısında qoyub. Minsk Qrupu artıq yoxdur, Kreml bu reallığı üçüncü dəfədir ki, rəsmən təsdiqləyir. Rəsmi Bakı isə sülh sazişi üzərində işləməyə hazırdır və Paşinyan hakimiyyətinə bu barədə açıq çağırışlar edir.

Belə vəziyyətdə rəsmi İrəvanın bütün bəhanələri artıq tükənmiş kimi görünür. Kreml Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesinə təkbaşına vasitəçilik etməkdə israrlı davranır. Yəni, Paşinyan hakimiyyəti üçün real “manevr qapıları” artıq bağlanmaq üzrədir. Və bu, o deməkdir ki, Kreml rəsmi Bakı ilə anlaşdığı üçün Paşinyan hakimiyyəti yeni regional reallıqlarla barışmaq, geopolitik şərtləri qəbul etmək məcburiyyətindədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər