25 saylı TSEK sədri Gəncədə narazılıq yaradıb- ŞOK İDDİA

25 saylı TSEK sədri Gəncədə narazılıq yaradıb- ŞOK İDDİA














Gəncə şəhərindən dosye.org-a maraqlı məlumat daxil olub.

Belə ki, TSEK sədri Elnarə Paşayeva vətəndaşların haqlı narazılıqlarını saymadan, rəhbər olduğu müəssisədə “bazar” açıb. Etibarlı mənbənin verdiyi məlumatlarına görə, Elnarə Paşayevə bir qurup həkimlə əlbir olaraq qara işlərini həyata keçirir.

Bu işdə Abbas Səhət adına 3 saylı polikilinkanın baş həkimi Abuzər Mustafayev, terapeya şöbəsinin həkimi Pakizə Xəlilova, vərəm xəstəxanasının həkimi Hamay xanımla və E.Paşayevanın xalası qızı Şəlalə adlı xanımın adı daha çox hallaır. İddialara görə, 3(min)manat rüşvət verən şəxsin TSEK-də bütün problemi həll edilir. Görünür, bu gündə vəzifədən sui istifadə edənlər iş başındadır.

Əslində Elnarə Paşayeva qazandığı vəsaitdən kimlərə ötürdüyü qisməndə olsa bəllidir. Qaranlıq qalan məqam ondan ibarətdir ki, vətəndaşların şikayətləri və narazılıqları heç bir qurum tərəfindən dinlənilmir. Deməli, “əl-əli yuyar, əldə qayıdıb üzü yuyar” deyimi tamami ilə doğrudur. Bir sözlə TSEK sədri E. Paşayeva tam zəmanətlə saxta forma sənədləri qəbul edib, qanunsuz pensiya işlərini həyata keçirir. Bu istiqamətdə araşdırmalarımız davam edir. Lakin məsələ ilə bağlı lazımı qurumlara müraciət olunacaq.

Məqalədə adı hallanan şəxsləri dinləməyə hazırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər