Fazil müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fazil müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Fazil müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Fazil müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur.. Onların heç bir müraciətini geri çevirməyən Fazil müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Fazil müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Fazil müəllimdir.

Fazil müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Fazil müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Fazil müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Fazil müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Fazil müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fazil müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fazil müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fazil müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fazil müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Ona etibar edilən bütün işlərdə Fazil müəllim özünü doğruldub. Bizdə hörmətli Fazil müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İş adamı Fazil müəllim - Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqını bəlalardan xilas etdi. Müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dövlətçiliyimizin dirçəlməsində, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının ümummilli lideri öz həyat yolunu müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr etmişdir. Heydər Əliyevin öz xalqı və dövləti qarşısında atdığı hər bir addım, qəbul etdiyi bütün qərarlar yalnız Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına yönəlmişdir. Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoru­yan ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqını bəlalardan xilas etdi. Heydər Əliyev həm sovet dövründə, həm də yeni qəbul edilmiş müstəqillik şəraitində Azərbaycanın siyasi həyatına böyük təsir göstərmiş dövlət xadimidir. Ümummilli lider Heydər Əliyev yeni müstəqillik əldə etmiş ölkədə böhranlı şəraitdə Azərbaycan Respublikasının daxildən silkələndiyi zaman xalqı birləşdirməyə, iqtisadi sabitlik yaratmağa və müstəqil dövlətin ərazisində siyasi vəziyyət yaratmağa müvəffəq olmuşdur.

Heydər Əliyev15 iyun 1993 - cü ildə xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi xalqın qurtuluşudur. Ulu öndər xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı və bununlada Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişafında və dünya ölkələri arasında layiqli yer tutmasında yeni mərhələ başlanmışdır. Heydər Əliyev rəhbər seçildikdən sonra Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını hakimiyyətə dönüşünün ilk günlərindən sübuta yetirdi. Ulu öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Səriştəsiz hökumət Azərbaycanın müstəqilliyini təhlükə altında qoysa da, Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bəlalardan xilas edildi və dövlət quruculuğu istiqamətində böyük işlər görüldü. Həmin illərdə bütün ölkənin həyatında hərtərəfli dönüş mərhələsi başlanmış, hər bir sahənin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. Heydər Əliyevin rəhbərliyi,cəsarətli addımları, təşəbbüsləri ilə həyata keçirilən uğurlu siyasət kursu nəticəsində Azərbaycan dünya miqyasında ən güclü, sabit, inkşaf etmiş nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini, irəliyə doğru irimiqyaslı hərəkatının əsasını qoyub. Siyasətini xalqa xidmət məramı üzərində quran Heydər Əliyev, Azərbaycan xalqının xilaskarı bizim müasir dövlətimizin dünənini bu günü və işıqlı gələcəyini qaranti edən liderdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq Azərbaycana müstəsna uğurlar gətirib. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin respublikamıza rəhbərliyi dövründə bütün sahələrdə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər gələcəyə hesablanmış milli siyasətin parlaq ifadəsi idi.

Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yer tutmuş, milyonlarla insanın rəğbətini qazanmış tarixə xilaskar, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi silinməz iz buraxmışdır. Müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyaları dayanır, və bu gün Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini, Azərbaycanı gələcəyə inamla aparan Prezident İlham Əliyev uğurla davam etdirir. Qutuluş günü bizi böyük və şanlı Qələbəyə aparan yoldur. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyü təmin etdi. 30 il işğal altında qalan əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Bu gün Azərbaycan qələbəyə doğru inamla addımlayır. İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi əzmkar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyada layiq olduğu mərtəbəyə yüksələ bilib. Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da ölkəmizin alternativsiz lideri kimi qəbul edilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər