Zərdabda camaat ƏƏSMM-ə yeni ad qoşub: SAHİBKARLARA SOSİAL YARDIM FONDU

Zərdabda camaat ƏƏSMM-ə yeni ad qoşub: SAHİBKARLARA SOSİAL YARDIM FONDU












Mərkəzin direktoru Canpolad Vəliyev kasıblara deyil, varlılara ünvanlı sosial yardım ayırır

Zərdab Əhalinin Sosial Müdafiə Mərkəzinin fəaliyyətindən şikayət edənlərin sayı getdikcə çoxalır. Bu barədə yayılan məlumatlardan da belə başa düşülür ki, mərkəzin direktoru Canpolad Vəliyev bazar açıb və bu da insanlar arasında narazılığın yaranmasına səbəb olub.
Redaksiyamıza məktub ünvanlayan Zərdab rayonu, Çallı kənd sakini Billur Kərimova yazır ki, ünvanlı sosial yardım almaq üçün yerli ƏƏSMM-ə müracit edib. Bu məqsədlə notarusdan aldığı ərizə və torpaq aktını elektoron formada təqdim edəndə ondan SU-nun şifrəsini istəyiblər. «Mən DSMF-nin Zərdab şöbəsinə müraciət edəndə, onlar bildirdilər ki, atam rəhmətə getdiyinə görə çıxarış almalıyam. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin yerli şöbəsinə müraciət etdim. Xidmətdə məndən 30 manat filan yerə, 70 manat filan yerə pul köçürməyimi istədilər. Bunların dediyindən belə məlum olurdu ki, bir sənədi əldə etmək üçün mən ən azından 400 manat pul köçürməliydim. Əgər mənim o qədər pulum olsaydı, ünvanlı sosial yardım almaq üçün niyə müraciət edirdim ki?»
Billur Kərimova yazır ki, həyat yoldaşından boşanıb və himayəsində bir azyaşlı uşaq var. «Uşağa görə 50 manat aliment alıram. Heç bir yerdə işləmirəm. Mən 8 ay ac-susuz qalmalıyam ki, həmin rüsumu ödəyim. İşıq pulumu qardaşım verir. Qaz pulunu verməyə gücüm çatmadığı üçün qaz xəttini çəkdirməmişəm. Evi isitmək üçün odun yandırıram».
Redaksiyamıza yazan şikayətçi qeyd edir ki, qardaşı Bəhlul Kərimov Zərdab ƏƏSMM-in direktoru Canpolad Vəliyevə kömək üçün müraciət etsə də, o, məsələnin onlara aidiyyatının olmadığını deyib. «Zərdab rayonunda ünvanlı sosial yardım alanların siyahısıyla maraqlanan olarsa, orada çoxlu sayda imkanlı adamların olduğunu görə bilər. Əbəs yerə Zərdab ƏƏSMM-i camaat «Sahibkarlara Sosial Yardım Fondu» adlandırmırlar. Bu gün rayonda ünvanlı sosial yardım almaq üçün ya pulun olmalıdır, ya da adamın».
Bu əsnada, Redaksiyamız Zərdab ƏƏSMM ilə bağlı daha bir maraqlı məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, ƏƏSMM-in direktoru Canpolad Vəliyev ünvanlı sosial yardım almaq istəyənlərdən əlavə pul almaq üçün maraqlı bir taktika işlədib. Saytımıza yazan rayon sakinlərindən birinin yazdığına görə, Vəliyev bu zaman Nazim adlı şəxsin imkanlarından yararlanır. «Üç Mərtəbə adlı yerdə işləyən Nazim də hər vətəndaşdan sənədləri hazırlamaq üçün 10 manat pul alır».Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər