Məhəmməd Qələndərovla «Aptek» Elburusun tender oyunu

Məhəmməd Qələndərovla «Aptek» Elburusun tender oyunu














Beyləqan icra başçısının müavini ilə iş adamı rayonda bir neçə məktəbin tikintisini hiylə yolu ilə həyata keçiriblər

Ötən günlərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərovun bir sıra əməlləri barədə məlumat vermişdik. Bildirmişdik ki, icra başçısının müavini rayonda bir sıra obyektləri ələ keçirərək, özü üçün ticarət obyektləri qurub. Mərkəzi Kitabxananın binasını alaraq, 70 min manat xərc qoyaraq, yerində fitnes klub yaradıb.
Redaksiyamız xəbər verir ki, Məhəmməd Qələndərovun bu qədər maddi imkanlara sahib olması heç də təsadüf deyil. Belə ki, o, uzun müddət Beyləqanda həyata keçirilən tenderlərə nəzarət edib. Həmin tenderləri yaxınlarının və tanıdığı adamların adına qalib edərək, onlarla şəriklik hərəkət etdiyi vurğulanır.
Məlumatlarda vurğulanır ki, Məhəmməd Qələndərov məktəb tikintisindən daha çox gəlir əldə edib. Belə ki, o, rayonda «Aptek Elburus» kimi tanınan şəxslə birlikdə Beyləqan rayonunda məktəb binalarının inşası prosesinə qatılıblar. Bununla bağlı keçirilən tenderə qatılan «Aptek» Elburus prosesin qalibi elan edilir. Redaksiyamızın əldə etdiyi məlumata görə, şəriklər indiyə qədər Əmirzeyitli kənd, 6 saylı şəhər, Haramı əsas və İmamverdilər kənd orta məktəblərinin tikintisini həyata keçiriblər.
Qeyd edilir ki, bu prosesin bir hissəsidir və Məhəmməd Qələndərovu varlandıran bir sıra tenderlər də olub. Həmin işlərin konkret olaraq nədən ibarət olduğu barədə araşdırmamız davam edir. Yaxın günlərdə geniş məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər