BU NƏDİ BELƏ: Arayik indi də Kəlbəcərdə göründü... - ZİBİLƏ DÜŞMÜŞÜK...

BU NƏDİ BELƏ: Arayik indi də Kəlbəcərdə göründü... - ZİBİLƏ DÜŞMÜŞÜK...


31-ci ildir ki, Azərbaycan Respublikası ərazisinin bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Kəlbəcər rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” adlanan məbədə baş çəkib. Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.

Baş separatçı Azərbaycana məxsus bəhs edilən abidənin təmir-bərpası üçün müəyyən vəsait ayrılmasına göstəriş verib.

Üzdəniraq ziyarət zamanı Arayiki erməni apostol kilsəsinin Qarabağ eparxiyasının rəhbəri Vrtanes Abramyan müşayiət edib.

Xatırladaq ki, Moderator.az mayın 5-dən sözügedən kilsəyə "baş keşiş" təyin olunmuş Ovannes Ovannisyan haqda yazıb. O, 20 noyabr razılaşmasından sonrakı xeyli müddət ərzində məbədimizdəki erməni dindarlarına(?) baş keşişlik etmiş işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib...

44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu məlum olduğu vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat "Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, o, məbədi tərk edən deyil, guya onu sonadək qoruyacaq...

Xatırladaq ki, “Akobavank” dedikdə erməni xuntası Kəlbəcər rayonunun Kolətək kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur.

BU NƏDİ BELƏ: Arayik indi də Kəlbəcərdə göründü... - ZİBİLƏ DÜŞMÜŞÜK...
BU NƏDİ BELƏ: Arayik indi də Kəlbəcərdə göründü... - ZİBİLƏ DÜŞMÜŞÜK...
BU NƏDİ BELƏ: Arayik indi də Kəlbəcərdə göründü... - ZİBİLƏ DÜŞMÜŞÜK...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər