Əvvəlcə yeyib-içdilər, sonra çölə çıxarıb ürəyindən bıçaladı - Bakıdakı qətlin təfərrüatı

Əvvəlcə yeyib-içdilər, sonra çölə çıxarıb ürəyindən bıçaladı - Bakıdakı qətlin təfərrüatı


Bakının Sabunçu rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Kamran Əliyevin cinayət işi üztə təfərrüatlar məlum olub.

Sabunçu rayonu ərazisində 55 yaşlı Hüsnü Əliyevin ölümü ilə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kirayə yaşadığı evin yaxınlığında qətlə yetirildiyini müəyyən ediblər.

Keçirilən əməliyyat istinataq tədbirləri nəticəsində qətlin zərərçəkmişin qonşusu 26 yaşlı

Kamran Əliyev tərəfindən törədildiyi məlum olub və o, saxlanılaraq istinataq təhvil verilib.

İstintaqla müəyyən edilib ki, iyulun 27-i saat 23 radələrində 26 yaşlı Kamran Əliyev Sabunçu qəsəbəsində kirayədə yaşadıqları fərdi evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşad Hacıyevlə birlikdə yeyib-içiblər. Sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı Hüsnü Əliyev Kamrana ağır söyüşlər söydüyünə görə, o, hiddətlənib. Kamran qisas almaq məqsədi ilə Hüsnüyə çölə çıxmasını bildirib və soyuducunun üzərindən bıçağı götürüb. Evdən bir neçə metr aralıda şahidlərin olmamasına əmin olduqdan sonra ürəyinə bir dəfə zərbə vuraraq Hüsnünü öldürüb.

İş üzrə dindirilmiş Kamran Əliyev ifadəsində bildirib ki, Sabunçu qəsəbəsində xalasıgildə yaşayıb. Mərhum Hüsnü Əliyev də həmin ünvanda kirayə qalıb. İyulun 27-i saat 22 radələrində Hüsnünün qaldığı həyətdə oturub yemək yeyərkən 2 şüşə araq içiblər. İkinci şüşə qurtarmağa az qalmış ev yiyəsi Həsən Qəmbərov gəlib və onlarla əyləşərək 2-3 badə də o içib. Sonra isə süfrədən qalxıb. Hüsnünün cüzi iradına görə aralarında mübahisə yaranıb. Qonşusunun söyüşlərindən əsəbiləşərək ona küçəyə çıxıb söhbət etməyi təklif edib. Masadan qalxarkən Kamran, həyətdəki soyuducunun üstündən özünə məxsus, qatlanan bıçağı götürüb və açıq vəziyyətdə saxlayaraq çölə çıxıb.

Darvazadan təxminən 10 metr aralıda bıçaqla Hüsnünün ürək nahiyəsinə bir zərbə endirib. Aldığı xəsarətdən xırıldadığını görüb və qonşusunun qoluna girərək onu darvazaya tərəf gətirib. Orda Hüsnü yerə yıxılıb. Kamran yaralını səs-küyə çölə çıxan ev yiyəsinin yanında qoyaraq hadisə yerindən uzaqlaşıb. Binə qəsəbəsində yaşayan İlham adlı tanışının yanına gedib və gecə onun evində qalıb. İlhamla kirayədə qaldığı evdə qonşusu ilə dalaşdığını desə də, öldürdüyünü gizlədib. Qəsəbəyə maşınla gələrkən, dəmir yolu keçidində bıçağı gizlicə pəncərədən atıb. Səhəri gün avtobus dayanacağında mülki geyimli polis əməkdaşları Kamranı saxlayıb 12-ci şöbəyə gətiriblər. Orda törətdiyi hadisəni danışıb və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi, Xalidə Əliyeva ifadəsində göstərib ki, paytaxtın Bakıxanov qəsəbəsində yaşayıblar. Onların nikahdan iki övladları dünyaya gəlib. Hüsnü əvvəl metropolitendə fəhlə işləyib. İyulun 22-də Hüsnü paltarlarını yığıb onlardan ayrı yaşayacağını söyləyərək, çıxıb gedib. Onun hara getməsindən Xalidə Əliyevanın xəbəri olmayıb. Ayın 28-də səhər qohumları Xalidə Əliyeva ilə əlaqə saxlayaraq Hüsnünün qətlə yetirildiyini bildiriblər. Sonra öyrənib ki, içki məclisində əri Kamran Əliyevi söyüb, o, da Hüsnünü öldürüb.

Məhkəmə iclasında Kamran Əliyev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Məhkəmə hesab edib ki, Kamran Əliyevin əməli CM-120.1 (qəsdən adam öldürmə) maddəsi ilə tam sübuta yetirilib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əliyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər