Azər Bayramov: Azərbaycanın dünya miqyasında nüfuzu ilbəil möhkəmləndirilir

Azər Bayramov: Azərbaycanın dünya miqyasında nüfuzu ilbəil möhkəmləndirilir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Azər Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov - Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurlara imza atılır. İqtisadi uğurlarla yanaşı, beynəlxalq münasibətlər genişləndirilir, dünya dövlətləri ilə ikitərfli münasibətlər qurulur. Azərbaycanın dünya miqyasında nüfuzu ilbəil möhkəmləndirilir, Avropa İttifaqı və Avropa İttifaqına daxil olan 9 dövlət ilə strateji əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət sayəsində Azərbaycan uğurlu inkişaf yolu keçmiş və Avropa İttifaqı tərəfindən cəlbedici dövlət səviyyəsinə yüksəlmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və ardıcıl siyasət sayəsində Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur. Qarşılıqlı maraqların uzlaşdırılması və bərabərhüquqlu tərəfdaşlıq siyasətinin həyata keçirilməsi dövlətimizin xarici siyasətinin əsasını təşkil edir. Azərbaycanın yerləşdiyi mürəkkəb giosiyasətin kəsişdiyi məkanda yuxarıda qeyd olunan xarici siyasətin həyata keçirilməsi olduqca çətin məsələdir. Ancaq bu çətinliklərə baxmayaraq cənab Prezident mümkün olan bütün xarici təsirləri minumuma endirərək, tam müstəqil dövlət siyasətinin həyata keçirilməsinə nail ola bilmiş və bu gün də uğurla davam etdirilir. Azərbaycanda ən yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir, beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edilir. Dünya dövlətlərinin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin dövlət və ya hökümət rəhbərlərinin Azərbaycana səfərləri təşkil olunur. Yüksək dövlət rəsmilərinin səfərləri zamanı Azərbaycanın maraqlarına xidmət edən dövlətlərarası mühüm sənədlər imzalanır.

18 may 2022-ci il tarixində Bakı şəhərində Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan - Litva biznes formu və həmin tədbirdə Litva Respublikası Prezidenti cənab Gitanas Nausedanın iştrakı və bir çox sahələrə dair müqavilələrin imzalanması Respublikamızın beynəlxalq sahədəki fəaliyyətində mühüm hadisədir. Qeyd olunan tədbirin Bakıda keçirilməsi Azərbaycan-Litva münasibətlərinin ən yüksək səviyyədə olunduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasına öz töhvəsini verməkdir. Bu məzmunlu tədbirlərin keçirilməsinin digər faydası da Azərbaycan həqiqətlərinin, o cümlədən Azərbaycan -Ermənistan problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Prezident İlham Əliyev Azərbaycanın təmsil olunduğu bütün tədbirlərdə Ermənistanın bölgədə apardığı pozuculuq fəaliyyəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları, beynəlxalq hüquq normalarına məhəl qoymaması, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqların qəsdən və bilərəkdən pozması, son nəticədə məsələnin hərbi yolla həllinə gətirib çıxarması haqqında geniş və izahlı məlumat verir. Prezident İlham Əliyev Azərbaycan-Litva biznes formunun iştrakçılarına Ermənistanın sərgilədiyi mövqe və 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət haqqında geniş məlumat verdi. Cənab Prezident Azərbaycanın Cənubi Qafqazda sabitlik və əminamanlığın olmasında, 3 Cənubi Qafqaz Respublikalarının əməkdaşlığının maraqlı olduğu, bu istiqamətdə fəal iş apardığı qeyd edildi. O bildirdi ki, Azərbaycan regionda yeni əməkdaşlıq modellərini təkilf edir. Lakin Ermənistan sözdə belə əməkdaşlığın olmasını təsdiq etsə də əməli fəaliyyətində bunun ziddinə çıxır.

Cənab Prezident Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə 6 aprel 2022-ci il tarixində Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və bu görüşdə əldə olunmuş razlaşmalardan danışdı. Cənab Prezident bildirdi ki, Azərbaycanla- Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsalanan 5 prinsip müəyyənləşdirilərək Ermənistana təqdim edilmişdir. Ermənistan sözdə bu prinsipləri qəbul etdiyini bildirsə də faktiki fəaliyyətlərində bunun icrası istiqamətində lazımı işləri görmür. Bu da onların probleminin həllində maraqlı olmadıqlarının göstəricisidir. Digər tərəfdən Ermənistanın mövcud iqtidarı xarici təsirlər və revonşist qüvvələr qarşısında acizdir və sərbəst qərar qəbul etməkdən çəkinirlər. Lakin mövcud reallıq onu deməyə əsas verir ki, proseslər ləng getsə də son nəticədə regionda sabitliyə və əməkdaşlığa nail olunacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər